122 obyektdə sanitar-epidemioloji tələblər pozulub - FOTO
İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyunun 11-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda "Kəngərli ət mağazası"nda, "İsti çörək"də, "Al market"də, "Şaurma kafesi"ndə, "Park kafe"də, Nəsimi rayonunda "28 May" Ticarət Mərkəzində "77 nömrəli mağaza"da, "Elvis kafe"də, Yasamal rayonunda "Baku Mall"da "Oyuncaq mağazası"nda, "Geyim", "Aba geyim" və "Sevil Geyim" mağazalarında, Xətai rayonunda "AMAY" Ticarət Mərkəzində "Qlobus Market"də, "Qab qacaq mağazası"nda, "Meyvə satışı" mağazasında, "Reklam xidməti"ndə, Səbail rayonunda "Sahil" Ticarət Mərkəzində "Qızıl mağazası"nda, "Araz market"də, "Şah dönər"də, Sabunçu rayonunda "Uğur qapıları", "Tikinti materialları" mağazalarında, Rauf Məhərrəmova məxsus "Ət dükanı"nda, Nizami rayonunda "999 Mebel", "Kafel Metlax", "Mebel Milay", "Röyal Mebel " mağazalarında, "Müşfiq kafe"də, Aydın İsayevin "Dönər evi"ndə, Zəfər Bəylərovun "Bərbər", Elnarə Seyidovanın "Gözəllik salonu", "BQ" QSC-nin "Lombard" xidmət obyektlərində, "Aptek 955"də, Cəlilabad rayonunda "Ruzim market"də, "Veteran Market"də, Pərviz Məmmədovun "Market"ində, Füzuli rayonunda Qalib Babayevin pərakəndə ticarət obyektində, Zaməddin Əsədova məxsus "Aptek əczaçılıq"da, Gədəbəy rayonunda "Park Market"də, "Görüş kafesi"ndə, Oğuz rayonunda "Farfor Oğuz - xırdavat mağazası"nda, Xaçmaz rayonunda "Səbuhi market"də, "Çinar kafesi"ndə və Məclum Hacıbəyova məxsus "Oboy evi"ndə, Qobustan rayonunda "Oba Market"də, "Nihad Market"də, Şamaxı rayonunda "Sürücü Market"də", ümumilikdə monitorinq keçirilmiş 378 obyektin 122-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.
Məlumat üçün bildirək ki, mayın 22-dən iyunun 12-dək 5376 sahibkarlıq subyektində monitorinq keçirilib və 2373 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar