150 obyektdə pozuntular aşkarlanıb - FOTO
Zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyunun 4-də keçirilən növbəti monitorinqlərdə Suraxanı rayonunda "Fəqan" mağazasında, "Kafe çayka" ictimai iaşə obyektində, Xəzər rayonunda Arzuman İsgəndorova məxsus "Avto ehtiyat hissələri" mağazasında, Quba rayonunda "Grand Market"də, "İnşaat Aksesuarları" mağazasında, "Dokta-2019" aptekində, "Yüksəl" restoranında, Ağcabədi rayonunda "Unversam", "FM İnşaat" mağazalarında, "Market" pərakəndə ticarət obyektində, "Dönər" ictimai iaşə obyektində, Oğuz rayonunda "Kafe-Çay evi" ictimai iaşə obyektində, "Aytən" gözəllik salonunda, İsmayıl İsmayılova məxsus ət dükanında, Tərtər rayonunda "Oba Market"də, Sahib Quliyevə məxsus "Bərbərxana"da, Goranboy rayonunda "El Market"də, Bokt MMC-yə məxsus "Asel kredit"də, Cəlilabad rayonunda "İnşaat malları mağazası"nda, "Rəmzi market"də, "Aptek Dokta"da, İsmayıllı rayonunda "Aptek Zeytun 8"də, "Gəncə Çörək sexi"ndə və s. ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 377 obyektin 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Məlumat üçün bildirək ki, mayın 22-dən iyunun 4-dək 3535 sahibkarlıq subyektində monitorinq keçirilib və 1655 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar