17 il yol qət edən duyğulu məktubun müəllifi axtarılır - FOTO

17 il yol qət edən duyğulu məktubun müəllifi axtarılır - FOTO17 il yol qət edən duyğulu məktubun müəllifi axtarılır - FOTO
Kanadanın Vankuver şəhərinin sakini "Hayda-Quay" arxipelaqı yaxınlığında butulkanın içərisində təsirli bir məktub tapıb. Bu barədə "Vancourier" xəbər yayıb.
Bildirilir ki, Meşə Təsərrüfatı Universitetinin tələbəsi Nikki Səadət tapıntını sahildə yosun toplayarkən aşkarlayıb. Məktub ona tanış olmayan dildə yazılıb. Ancaq tarix aşkar görünüb: 2003-cü ilin noyabr ayı.
Sonradan məktubun İndoneziya dilində yazıldığı müəyyənləşib. Səadət tapıntını mütəxəssisə göstərib. Məlum olub ki, ismarıc oğulun anaya olan peşmanlıq etirafının və məhəbbətinin poetik dildə ifadəsidir.
"Ana… Sənin tövsiyələrinə qulaq asmadığım üçün məni bağışla, halbuki sən haqlı idin. Ana… Sənin işindən utandığım üçün məni bağışla, halbuki sən o işə mənim xətrimə gedirdin, məni yedizdirmək üçün gedirdin. Və mənim kimi təkəbbürlü, təşəkkür etməyi bacarmayan bir oğlun olduğun üçün heç vaxt şikayət etmədin", - deyə məktubda yazılıb.
17 il yol qət edən duyğulu məktubun müəllifi axtarılır - FOTOMəktubun müəllifi Yoris Naikambo kimi göstərilib.
Səadət məktubun müəllifini, yaxud onun anasını tapmaq, onların taleləri barədə hər hansı bir məlumat əldə etmək istəsə də, axtarışları bir nəticə verməyib.
O, Kanadada İndoneziya icmasının nümayəndələri ilə əlaqə yaradıb. İndoneziyanın Vankuverdə mədəniyyət qrupunun nümayəndəsi Liza Vaconq məktubda yazılış üslubuna görə, müəllifin xristian olduğunu, yoxsul ailədə dünyaya gəldiyini və İndoneziyanın şərqində, ehtimal ki, Malukuda kənd yerində dünyaya gəldiyini ehtimal edib.
Ehtimal ki, Naikambo ölkə hüdudlarından kənarda işləyib və ailəsinə pul yollayıb. Məktubun poçtla göndərilməməsi isə onun kruiz gəmisində işlədiyini göstərir.
Səadət ismarıc barədə daha çox məlumat toplamaq üçün məktubu İndoneziya mediasına yollayıb, ancaq heç bir cavab almayıb.
O, hətta ana və balanın sağ olduğuna əmin deyil: 2003-cü ildən bəri İndoneziya zəlzələ, tayfun, sunami, daşqın və sel kimi bir sıra təbii fəlakətlərə məruz qalıb.
17 il yol qət edən duyğulu məktubun müəllifi axtarılır - FOTO17 il yol qət edən duyğulu məktubun müəllifi axtarılır - FOTO

Maraqlı       Tarix: 19 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler az sonxeber az en son xeber xəbər.az