17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda "TikTok"çu oldu - TƏFƏRRÜAT

17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda Bu ilin 9 may tarixində Göyçay rayonunun XXXX kəndində 2002-ci il təvəllüdlü Fatimə Muradovanın (ad və soyadlar şərtidir) evdə boğularaq qətlə yetirilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Fatmanı qətlə yetirən dayısı, 1989-cu il təvəllüdlü Vasif Babayev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə bir sıra maraqlı faktlar üzə çıxıb.
İstintaq zamanı müəyyən edilib ki, Fatimə Muradova 2019-cu ildə məktəbi bitirdikdən sonra nişanlanıb və nişanlısı ona telefon hədiyyə edib. Lakin o, nişanlandıqdan 1 ay sonra telefonda tanış olduğu Tərtər rayon sakininin yanına qaçıb və bir neçə ay orada yaşayıb. 2019-cu ilin noyabr ayında isə o, Tərtərdə qeyri-rəsmi nikahda yaşadığı şəxsi ataraq xəbərsiz şəkildə itib. Həmin vaxt polis Fatiməni itkin düşmüş şəxs kimi axtarıb və bu barədə saytlarda da elanlar verilib. Bir müddət sonra Fatimənin Bakıda yaşadığı, "TikTok" sosial şəbəkəsində müxtəlif əxlaqsız videolar paylaşdığı, müxtəlif şəxslərlə birgə yaşadığı məlum olub. 2021-ci ildə isə o, Göyçaya dayısının evinə gedib. Qətl hadisəsi də bundan sonra baş verib.
İstintaqa ifadə verən təqsirləndirilən şəxs bacısı qızının hərəkətləri ucbatından biabır olduqlarını, onun heç cür islah olmadığını, evdə qohumlarının yanında, azyaşlılarla birlikdə olarkən də söyüşlə danışdığını, əxlaqa sığmayan hərəkətlər etdiyini bildirib. Qətlə yetirilən qızın atası və anası da deyilənləri təsdiq edib və V.Babayevdən şikayətçi olmadıqlarını bildiriblər.
32 yaşlı, 3 azyaşlı uşaq atası olan Vasif onu da bildirib ki, hadisə baş verməmişdən bir gün əvvəl, yəni mayın 8-də bacısına onun qızını öldürmək fikrində olduğunu deyib. Hərəkətlərinə davam edən qız isə dayısında onu öldürməyə cürətin olmadığını deyərək onu ələ salıb. Həmin gün hamamda yuyunduqdan sonra evdə doğmalarının yanında hamam xalatı ilə gəzən, ailə üzvlərinə açıqca hörmətsizlik edən gənc qız gecə saatlarında telefonda tanış olduğu oğlanla danışaraq onu sabahısı gün Lahıca, oradan da Bakıya aparmasını deyib. Gecə saat 3-dək Fatimənin yatmadığını görən Vasif səhər saat 6 radələrində onun artıq yatdığını görərək otağına daxil olub və qızı yatdığı yerdə boğaraq öldürüb. Daha sonra hadisə yerinə gələn Fatimənin anası huşunu itirərək yıxılıb. Bundan sonra Vasif Babayev qızı qaz sobası olan otağa apararaq onun guya dəm qazından boğularaq ölməsi təsəvvürünü yaratmağa çalışıb və təcili tibbi yardıma müraciət edilib. Lakin az sonra törətdiyi əməlin üstünün açılacağını düşünən şəxs onu qətlə yetirdiyini etiraf edib.
Məhkəmədə ifadə verən şəxslər V.Babayevin dediklərini təsdiq ediblər. Fatimənin yanına qaçdığı Tərtər sakini isə bildirib ki, Fatimə ilə sentyabrda "Instagram"da tanış olub və daha sonra o, qaçaraq Tərtərə onun yanına gəlib. Bir müddət sonra isə Fatimə gecə saatlarında evdən qaçıb və yalnız 1 ay yarımdan sonra onun Bakıda olmasını "TikTok"dan öyrənib. O, daha sonra bildirib ki, ailəsi Fatiməni tapdıqdan sonra onun yanına qaytarmaq istəsə də, Fatiməni qəbul etməyib və onunla birlikdə ailə kimi yaşaya bilməyəcəyini deyib.
Şəki Ağır Cinayətlər Məhkəməsi Fatiməni qətlə yetirən 32 yaşlı dayısının 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verib.
///Publika.az
17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda 17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda 17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda 17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda 17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda

Sosial       Tarix: 08 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı meherremlik 2026 sonxeber.az ən son xəbərlər