18 ay əvvəl itkin düşən kişinin sümükləri tapıldı - FOTO
Xaçmaz rayonunda 14 gün əvvəl çay kənarında tapılan insan sümüklərinin kimə aid olduğu məlum olub.
Azxeber.com APA-ya istinadən bildirir ki, aşkarlanan sümüklərin 18 ay əvvəl itkin düşmüş Xaçmaz rayon sakini Məhəmməd Əsədullayevə aid olduğu müəyyənləşib.
Ötən ilin dekabrın 27-də Xaçmaz rayonu ərazisindən keçən Qudyalçayın sahilində naməlum insan sümüklərinin 1 il 6 ay əvvəl itkin düşmüş rayon sakini 45 yaşlı Məhəmməd Əsədullayevə aid olduğu ehtimal edildiyi üçün onun yaxınlarından analiz götürülərək Bakı şəhərinə göndərilib.
M. Əsədullayevin atası Rufulla Əsədullayev APA-ya bildirib ki, aparılan ekspertiza nəticəsində sümüklərin Məhəmməd Əsədullayevə aid olduğu müəyyən olunub.
Cəsədin qalıqları Xaçmaz Rayon Prokurorluğuna göndərilib, bu həftə ərzində ailəsinə təhvil veriləcəyi bildirilib.
M. Əsədullayevin qətlə yetirildiyi, yaxud digər səbəbdən ölməsi hələlik məlum deyil.
Araşdırma davam etdirilir.
Xatırladaq ki, rəsmi məlumata görə, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu 2020-ci ilin iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.


Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı