19 il azadlıqdan məhrum olunan məhkum cəzaçəkmə müəssisəsinin zabitinə zor tətbiq edib? - Məhkəmə
Penitensiar Xidmətin zabiti, polkovnik Elçin Əzizova qarşı zor tətbiq etməkdə təqsirləndirilən Amal Zülfüqarlının cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
azxeber.com Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsində təqsirləndirilən şəxsin vəkili onun psixoloji durumu ilə bağlı təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətlə cıxış edib.
Hakim vəsatəti təmin etməyib, məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Çıxışlar üçün növbəti iclas sentyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə məhkəmənin hökmu ilə19 il həbs cəzasına məhkum olunmuş Amal Zülfüqarlı cəzaçəkmə müəssisəsinin təsərrüfat bölməsinin rəisi, polkovnik Elçin Əzizova zor tətbiq etməkdə təqsirləndirilir.
Onu da qeyd edək, Amal Zülfüqarlı 2018-ci ildə Bakıda tanışını boğaraq öldürməkdə təqsirləndirilərək 19 il azadlıqdan məhrum edilib.
Hazırda isə ona qarşı Cinayət Məcəlləsinin 317.3-cü (cəzaçəkmə müəssisəsinin, istintaq təcridxanasının əməkdaşına və ya məhkuma qarşı törədilən hədələmə, yaxud zor tətbiq etmə əməlləri ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, həmin maddənin sanksiyasında 7 ildən 12 ilə dək həbs cəzası nəzərdə tutulur.

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" mükafatına layiq görüldü
İngiltərədə yarış zamanı iki 25 yaşlı idmançı dünyasını dəyişdi
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR
Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı
Enerji xərclərinizi "Unibank"la azaldın
Ermənistan Aİİ ilə bağlı qərar verdi
Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı
"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."
İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib