1918-ci il hadisələri: Dinc əhaliyə qarşı törədilən amansız cinayətlər

1918-ci il hadisələri: Dinc əhaliyə qarşı törədilən amansız cinayətlərErməni millətçiləri tarix boyu uydurma "Böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçiriblər. Azərbaycan xalqının üzləşdiyi ən ağır faciələrdən biri isə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı ilə fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilən kütləvi qırğınlardır.
Həmin dövrdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin miqyası olduqca böyük və dəhşətli olub. Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər ərazilərdə on minlərlə insan etnik və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb.
1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı ilə yanaşı Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə həyata keçirilən qırğınlar nəticəsində 30 mindən çox azərbaycanlı öldürülüb, on minlərlə insan doğma yurdlarından didərgin salınıb.
Quba hadisələri xüsusilə qəddarlığı ilə seçilib. Şəhərdə təxminən 2900 nəfər, ümumilikdə isə Quba qəzasında 4000-dən artıq insan qətlə yetirilib. 122 kənd tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb.
Qubada aşkarlanan kütləvi məzarlıqlarda tapılan insan qalıqları bu vəhşiliyin miqyasını bir daha sübut edir. Sümüklərdə güllə izlərinə rast gəlinməməsi göstərir ki, insanlar əsasən küt alətlərlə qətlə yetirilib, bəzilərinin başı bədəndən ayrılıb, hətta kəllələrdə mismar izləri aşkarlanıb. Bu faktlar törədilən cinayətlərin nə qədər amansız olduğunu açıq şəkildə nümayiş etdirir.
Ülkanə Mikayılova
Göygöl rayon Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi / azxeber.com

Siyasi       Tarix: 01 aprel 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxəbərlər en son xeberler bu gun krminal bu gun