"20 Yanvar faciəsi yalnız kədərli tarix deyil…

Azərbaycan xalqının yaddaşına qanla yazılmış 20 Yanvar faciəsi təkcə ağrı və kədər günü deyil, həm də milli iradənin sarsılmazlığının rəmzidir. Bu faciəyə ilk dəfə məhz 1994-cü ildə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi isə tariximizdə mühüm dönüş nöqtəsi oldu.
Xalqımıza qarşı törədilən qanlı cinayətə cəsarətlə etiraz edən və onun əsl mahiyyətini dünyaya çatdıran şəxs Ümummilli lider Heydər Əliyev idi. O, hələ 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə 20 Yanvar hadisələrinə münasibət bildirərək demişdi: "Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən illərdə Sovetlər Birliyi və respublika rəhbərliyi bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".
Məhz Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü nəticəsində 1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" xüsusi qərar qəbul edildi. Bu sənəddə 20 Yanvar hadisələri sovet totalitar rejimi tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Qərarda açıq şəkildə qeyd olunurdu ki, bu qanlı əməliyyatın məqsədi Azərbaycanda güclənən milli-azadlıq hərəkatını boğmaq, xalqın müstəqillik iradəsini sındırmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək idi. Həmçinin faciənin günahkarları konkret olaraq göstərildi və Bakıda xatirə kompleksinin yaradılması barədə tapşırıq verildi.
Bu addım 20 Yanvar həqiqətlərinin dövlət səviyyəsində tanınması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və tarixi ədalətin bərpası baxımından son dərəcə əhəmiyyətli idi.
Ümummilli liderin 1998-ci il 31 mart tarixli Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi də bu siyasətin davamı oldu. Bu adla Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda 1990-cı ilin yanvar hadisələrində həlak olan, eləcə də aldığı xəsarətlərdən vəfat edən şəxslər ölümündən sonra təltif edilməyə başlandı.
Bütün bunlar göstərir ki, 20 Yanvar faciəsi yalnız kədərli tarix deyil, həm də milli oyanışın, müstəqilliyə aparan yolun başlanğıcıdır. Bu gün hər birimiz həmin hadisələrə verilən siyasi-hüquqi qiymətin əhəmiyyətini daha dərindən dərk edir, şəhidlərimizin xatirəsini qürurla yad edirik.
Şəhla Balayeva
Göygöl şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi / azxeber.com

Siyasi       Tarix: 19 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat novruz bayramı maşın realiti şou valyuta mezenesi