2019-cu il Azərbaycanda inqilabi əhəmiyyət daşıyan köklü islahatlarla yadda qaldı

2019-cu il Azərbaycanda inqilabi əhəmiyyət daşıyan köklü islahatlarla yadda qaldı"2019-cu il Azərbaycanda inqilabi əhəmiyyət daşıyan köklü islahatlarla yadda qaldı. İlin əvvəlindən etibarən bütün ölkəni əhatə edən sistemli islahatlar ölkənin həyatını dəyişdi".
Milli.Az xəbər verir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, hakimiyyətin bütün qolları bu müsbət tendensiyanın təsiri altına düşüb: "Qısa zaman ərzində dövlət orqanlarının optimallaşdırılması, daha çevik idarəetmə aparatının formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Gənclərə böyük meydan verildi. Aparılan struktur və kadr dəyişiklikləri, məhkəmə-hüquq sahəsindəki islahatlar, habelə 4,2 milyon vətəndaşımızı əhatə edən sosial paketlər Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmaqla ölkəmizdə xalq-iqtidar birliyinin təməllərini daha da möhkəmlətdi. Bütün bu faktlar onu deməyə əsas verir ki, 2019-cu ildə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub".
Politoloq vurğulayıb ki, 2019-cu il ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə də xarakterik oldu: "İl ərzində ölkəmizdə çox mühüm beynəlxalq tədbirlər keçirildi. Paytaxtımız Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, habelə dünya dini liderlərinin zirvə toplantılarına ev sahibliyi etdi. Regionun diplomatik paytaxtına çevrilən Bakı ənənəsinə sadiq qalaraq NATO-Rusiya hərbi komandanlıqlarının müzakirə məkanına çevrildi.
Əvvəlki illərdə əsası qoyulan böyük enerji layihələrinin icrasında ciddi irəliləyişlərə nail olundu. Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinin son mərhələləri icra olunmaqdadır. Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan enerji və nəqliyyat layihələrində ölkəmizin aparıcı rol oynaması beynəlxalq münasibətlər sistemindəki yerimizi də möhkəmləndirdi. Fəxrlə deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində söz sahibinə çevrilib".
C.Əhmədli qeyd edib ki, Azərbaycan sabitlik, təhlükəsizlik və inkişaf məkanı olaraq qalır: "Doing Business 2020" hesabatında Azərbaycan dünyanın ən islahatçı 20 ölkəsindən biri oldu. Amerikanın "U. S. News & World Report" jurnalının 2019-cu il üzrə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 45-ci pillədə qərarlaşdı. Halbuki, Avropanın bir sıra inkişaf etmiş ölkələri həmin siyahının daha aşağı pillələrində yer almışdı. Bütün bunlar onu göstərir ki, il ərzində ölkəmizin əldə etdiyi uğurlar beynəlxalq institutların da diqqətindən yayınmayıb.
Müsbət fikirlər söyləyə bilmədiyimiz yeganə sahə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı oldu. Təəssüf ki, Ermənistan dövlətinin apardığı destruktiv mövqe münaqişənin sülh yolu ilə həllini mümkünsüz etdi. Lakin bunun ən böyük fəsadını Ermənistan dövləti görəcək. Çünki hər keçən gün düşmən ölkənin geosiyasi və geoiqtisadi blokadası daha da dərinləşir. Sərhədlərinin 80 faizinin bağlı olduğu bir ölkə heç vaxt inkişaf yoluna qədəm qoya bilməz. Zaman Paşinyanın əleyhinə işləyir. Onun verdiyi vədləri tezliklə yerinə yetirməsi üçün yeganə yol Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv addımlarla dəstək verməkdən keçir. Ermənistanın hazırkı rəhbərliyi bu reallığı nə qədər tez dərk etsə, onlar üçün bir o qədər yaxşı olacaq".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 02 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər butun xeberler cəbhədən son vəziyyət xabarlar