2020-ci ilin ən yaxşı dietası seçildi
2020-ci ilin ən yaxşı dietası seçildi
"U.S. News & World Report" nəşrinin mütəxəssisləri dünyanın ən məşhur 35 dietasını öyrəniblər və 2020-ci il üçün ən yaxşı olaraq Aralıq dənizi dietasını seçiblər.
Reytinq nəşrin saytında dərc edilib.
"Hər kəsə məlumdur ki, Aralıq dənizi ölkələrində insanlar daha uzun yaşayır, xərçəng və ürək-damar xəstəliyindən isə daha az əziyyət çəkirlər. Bunun sirri isə sadədir: aktiv həyat tərzi, çəkiyə nəzarət və tərkibində qırmızı ət, şəkər, doymuş yağ az olan və yüksək miqdarda enerji verən və sağlamlıq üçün faydalı digər məhsullar olan pəhriz", - deyə dietanın təsvirində bildirilir.
Siyahının ikinci pilləsində DASH-dieta ("dietary approaches to stop hypertension", hipertoniyanın azaldılmasına dietik yanaşma) gəlir. Bu pəhriz duz, doymuş yağlar və şəkərin yüksək miqdarda olduğu məhsulların azaldılması və ya onlardan tamamilə imtina edilməsini nəzərdə tutur.
Üçüncü yerdə "çevik vegetarian pəhriz" (the Flexitarian Diet) qərarlaşıb. Bu sxem ətdən imtina etməyi nəzərdə tutur, lakin insanın ürəyi çox istəyirsə, istisnalar da mümkündür.
Ən yaxşı qidalanma variantlarının Top 10-luğuna (Reytinqdən çıxma ardıcıllığı ilə) daxildir: çəki-gözətçiləri pəhrizi, Mayo klinikasının dietası, MIND-dieta, Volumetrik pəhriz, TLC-dieta, Skandinaviya dietası və Dr.Ornişanın pəhrizi. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb