2021-ci ildə Boris Conson Putinə nə deyib?
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2021-ci ilin payızında Rusiya prezidenti Vladimir Putini Ukraynanın yaxın gələcəkdə NATO üzvü olmayacağına inandırmağa çalışıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Daily Express" qəzeti amerikalı jurnalist Bob Vudvordun "Müharibə" kitabına istinadən yazır. İddia olunur ki, Conson 2021-ci ildə telefon danışığında Putinə yaxınlaşaraq Rusiya liderini Ukraynanı işğal etmək üçün heç bir səbəbinin olmadığını və Kiyevin heç vaxt NATO-ya qoşulmayacağına inandırmağa çalışıb. Müəllifin sözlərinə görə, Putin cavab olaraq hansı müddətin müzakirə edildiyini soruşub. Conson bir daha vurğulayıb ki, Ukrayna ümumiyyətlə NATO-ya qoşulmayacaq. Vudvordun sözlərinə görə, Britaniyanın o zamankı baş naziri hesab edirdi ki, Vladimir
Putin Qərb liderlərindən Ukraynanın NATO üzvlüyünə mümkünsüzlüyünü açıq şəkildə bəyan etmələrini istəyir. İki lider arasında telefon danışığının 2021-ci ilin oktyabrında keçirilən G20 sammitindən sonra baş tutduğu dəqiqləşir. "Müharibə"nin müəllifi yazır ki, eyni zamanda Qərb liderləri Co Baydendən Rusiyanın Ukrayna ilə sərhədə qoşun yeritdiyi barədə məlumat alıblar.
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub