2022-ci ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?
2022-ci ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?
Fransalı jurnalist Alen Fraşon 2022-ci ildə potensial olaraq silahlı münaqişənin başlaya biləcəyi regionların siyahısını tərtib edib.
Müəllifə görə, bu bölgələrdən biri İrandır. Nüvə sazişi üzrə danışıqlar cüzi irəliləyişlə bərpa edilib, lakin kompromis üçün imkanlar daralır. Fraşonun sözlərinə görə, Tehran müqavilədən birtərəfli qaydada çıxmış keçmiş ABŞ prezidenti Donald Trampın siyasətini unutmamış, ona görə də indi ilkin şərtlər irəli sürür.
Bu günə qədər İran uranı 60% zənginləşdirmə səviyyəsinə çatıb, ekspertlər isə onun hərbi istifadəsi üçün tələb olunan səviyyəyə çatmağın cəmi bir ay çəkdiyini deyirlər. Jurnalistin fikrincə, bu, İsrail və ABŞ-ı İranın nüvə kompleksinə zərbə endirməyə sövq edir ki, bu da öz növbəsində cavabsız qalmayacaq, nəticədə münaqişə bütün Yaxın Şərqi əhatə edə bilər.
Digər "təhlükəli" bölgə Tayvandır. Müəllifin fikrincə, Çin manevrlər həyata keçirir, hansı ki, Vaşinqton bunun adaya "müdaxilə"yə səbəb olacağına inanır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar əvvəllər Tayvanı müdafiə vasitələri ilə təmin etməyi öhdəsinə götürmüşdü, lakin bu, onları vəziyyətə müdaxiləyə məcbur etmir və prezident Co Bayden bu məsələdə qeyri-müəyyən mövqeyini qoruyur.
Fraşonun sadaladığı regionların sonuncusu Ukraynadır. Jurnalistin sözlərinə görə, Rusiya ABŞ-a təhlükəsizlik zəmanəti tələblərini təqdim edərkən birbaşa öz ambisiyalarını bəyan edib, lakin qırmızı xətləri ilə razılaşmadığı təqdirdə hərəkətə keçməli olacaq.
Mənbə: RİA Novosti /oxu.az
Turlar.az [newsid: 0-123300]

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu