"2026-cı ildə Azərbaycana səfər edən xaricilərin sayını 4 milyon nəfərə çatdırmaq əsas hədəfimizdir

"2026-cı ildə Azərbaycana səfər edən xaricilərin sayını 4 milyon nəfərə çatdırmaq əsas hədəfimizdir".
azxeber.com xəbər verir ki, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dekabrın 8-də keçirilən Azərbaycan Turizm Sammitindəki çıxışında qeyd edib. 
O bildirib ki, növbəti 4 il üçün məqsəd turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1.5 dəfə artırmaq, orta hesabla hər il turizm sektorunda 20% artıma nail olmaq, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaq, bütövlükdə Azərbaycanı dayanıqlı və əlçatan turizm destinasiyasına çevirməkdir.
Fuad Nağıyev turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflərin müəyyənləşdirildiyini, bu hədəflərin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətləndiyini vurğulayıb. 
Agentlik sədri çıxışında turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. O, turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduz tələbinin tətbiqi, turizm şirkətlərinə münasibətdə isə mülki məsuliyyət sığortası mexanizminin tətbiqinin nəzərdə tutulduğunu əlavə edib. 
Həmçinin çıxışda DTA tərəfindən turizmin inkişafı istiqamətində görülmüş işlər, yeni "Turizm haqqında" Qanunda turizm sahəsinin hüquqi-institusional tənzimləmələri, Agentliyin tabeliyində olan qoruqlarda mədəni irsin qorunması və mühafizə üzrə aparılan yenidənqurma və bərpa işləri, turizm təhsili üzrə insan resurlarının inkişafı istiqamətində görülən işlər, ikitərəfli turizm əlaqələrinin inkişafı üçün atılan addımlar, hədəf bazarlardan aparılan marketinq-təbliğat işləri barəsində, eyni zamadan ilk dəfə olaraq istifadəyə verilən "Turist çağrı və məlumatlandırma" mərkəzi haqqında məlumat verilib. 
Fuad Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi ərazilərin turizm potensialının öyrənilməsi, reallaşdırılması və tanıdılması üçün aparılan çoxistiqamətli tədbirlərdən bəhs edərək turizmin Qarabağ və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacağını vurğulayıb.   
Sammit çərçivəsində 4 ayrı kateqoriyada 50-dən çox indikatoru müvafiq alt göstəricilər üzə dövri əsasda əks etdirən  "Turizm üzə vahid məlumat bazası"nın təqdimatı keçirilib.
Daha sonra tədbir "Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar", "Turizm, mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar", "Əsas hədəf bazarlarında marketinq fəaliyyəti", "Turizm sənayesində mövcud vəziyyət və planlar" mövzularında panel diskussiyaları ilə davam edib.

Sosial       Tarix: 08 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kanalda batan Aminin meyiti tapıldı

Beyləqanda kanalda batan 21 yaşlı Amin Əhmədovun meyiti tapılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 6-da rayon ərazisindən keçən "Yeni Xan Qızı" adlı kanalda baş verib. Aparılan axtarış-xilasetm

Bu şəxslərin müavinəti ləğv edi̇ləcək - AÇIQLANDI

Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməs

ƏMAS-da gecə işlərinə nəzarət gücləndirilir – Yeni xəbərdarlıq sistemi yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) gecə vaxtı görülən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı istifadəyə verilib. xəbər verir ki, yeni funksiya işəgötürənlər

Avro və rubl ucuzlaşdı

Mərkəzi Bankın 13 avqust 2026-cı il tarixinə olan rəsmi məzənnələri açıqlanıb. xəbər verir ki, 1 ABŞ dolları 1,700 manat, 1 avro 1,9593 manat, 100 Rusiya rublu 2,0510 manat, 1 Türkiyə lirəsi isə 0,0356 manat təşkil edir

Avro və rubl ucuzlaşdı

Avqustun 11-də Azərbaycanda əsas xarici valyutaların manata qarşı rəsmi məzənnəsi açıqlanıb. KONKRET.azMərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 1 ABŞ dolları 1,700 manat səviyyəsində qalıb. 1 avro 1,9622 manata, 10

Bu dərman infarkt və insult riskini azaldır

ABŞ-də aparılan yeni araşdırma göstərib ki, 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan "tirzepatid" preparatı infarkt, insult və digər ağır ürək-damar fəsadlarının riskini əhəmiyyətli dərəcəd

Azərbaycanda ən çox pul xərcləyən ailələr açıqlandı

Azərbaycanda ev təsərrüfatı başçısının statusundan asılı olaraq adambaşına düşən aylıq istehlak xərcləri fərqlənir. -a istinadən xəbər verir ki, ev təsərrüfatı başçısı muzdla işləyən ailələrdə adambaşına aylıq istehlak xərclər

Qızılın bahalaşması ilə bağlı mühüm detal – TƏFƏRRÜATLAR

Toy mövsümünün başlaması ilə Azərbaycanda qızıla olan tələbatın artacağı gözlənilir. Xüsusilə toy və nişan mərasimlərinin çoxaldığı dövrdə zinət əşyalarına marağın yüksəlməsi bazarda qiymətlərə də təsir göstərə bilər. Bə

"Bəniz'in keçmiş ərinin meyiti tapıldı - İstanbulda film kimi cinayət

Türkiyədə meyiti tapılan azərbaycanlı kişi ilə bağlı yeni məlumatlar yayılıb. " "a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər son xeberler bu gun son xeber cəbhədən şad xəbər