"Bir"dən təqaüdçülər üçün "Hər yaşa dost" təşəbbüsü

İnklüziv rəqəmsal mühitin yaradılmasına önəm verən "Bir" ekosistemi, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) "Hər yaşa dost" (Age-friendly) konsepsiyası çərçivəsində 60 yaşdan yuxarı şəxslər üçün istifadəçi təcrübəsi və maarifləndirmə sessiyası təşkil edib.
Təşəbbüsə "Üçüncü Bahar" İctimai Birliyinin YAŞA Mərkəzindən 40-a yaxın təqaüdçü qatılıb. Onlar "Bir"in rəqəmsal xidmətləri ilə tanış olaraq bir çox funksionallığı sınaqdan keçirib təəssüratlarını və təkliflərini bölüşüblər. İştirakçıların rəyləri xidmətlərin daha rahat və anlaşıqlı olması, funksiyaların isə yuxarı yaş qrupuna aid istifadəçilərin ehtiyaclarına daha uyğun təqdim edilməsi baxımından faydalı olub.
Sessiyada səsləndirilən fikir və təkliflər "Bir"in məhsul və xidmətlərinin daha da təkmilləşdirilməsində nəzərə alınacaq. Şirkət gələcəkdə də müxtəlif yaş qruplarından olan istifadəçilərlə belə görüşlər keçirməyi planlaşdırır.
Görüş çərçivəsində iştirakçıların rəqəmsal savadlılığının artırılması məqsədilə "Bank xidmətlərində təhlükəsizlik və istifadə təcrübəsi" mövzusunda xüsusi təlim də təşkil olunub. Təqaüdçülərə kiberdələduzluq riskləri və rəqəmsal bank xidmətlərindən təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Ətraflı
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) "Age-friendly" konsepsiyası insanların həyat boyu qabiliyyətlərini qorumasına və inkişaf etdirməsinə dəstək olmağı hədəfləyir. Bu yanaşmanın əsas məqsədi, yaşından asılı olmayaraq hər kəs üçün xidmətlərin, məhsulların və texnologiyaların əlçatan, rahat və istifadəsinin asan olmasını təmin etməkdir. Bu prinsiplər əsasında hazırlanan həllər yaşlı nəslin rəqəmsal xidmətlərdən daha inamla və rahat şəkildə faydalanmasına imkan yaradır.
Qeyd edək ki, "Bir" ekosistemi 2017-ci ildən etibarən YAŞA Mərkəzlərinə dəstək göstərərək təqaüdçülərin sağlam və aktiv həyat tərzini davam etdirmələri, eləcə də cəmiyyət həyatında fəal iştirak etmələri üçün müxtəlif təşəbbüslər həyata keçirir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və "BakıKart" ilə qurulmuş strateji tərəfdaşlıqlar sayəsində "Bir" Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az / azxeber.com

İqtisadiyyat       Tarix: 13 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hərbçilərin maaşı artırılır

Azərbaycanda hərbçilərin maaş və pensiyası artırılır. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilir. Dəyişikliklər layihəsi Milli Məclisə daxil olub və Müdafiə, təhlükəsizlik və korrupsiy

Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar

Azərbaycan Təhlükəsizlik Şurasında çalışanlara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı veriləcək. ölkə.az-a istinadla xəbər verir ki, bu, Milli Məclisin müdafiə, təhlükəszili

Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI

2027-ci ildə də Azərbaycanda ABŞ dollarının manata nisbətdə məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair məlumatınd

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

Ölkənin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin dahada artdığı bir dövrdə, Azərbaycan Hava Yolları son aylarda regiondakı marşrut şəbəkəsinəŞımkent, Atırau və Aktöbə istiqamətlərini əlavə edərək Mərkəzi Asiyad

NONSENS: dizel yanacağının qiyməti 3 avroya çatır

20 sentyabrda Fransada dizel yanacağının qiyməti litri üçün orta hesabla 2,41 avroya çatıb. Bu,  təchizatın ciddi şəkildə kəsildiyi geosiyasi böhran fonunda yeni rekorddur:. "Bazar günü ölkə İqtisadiyyat Nazirliyini

Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı

2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur. xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair məlumatınd

Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?

Kreditgötürərkən adətən məbləğə, faiz dərəcəsinə və aylıq ödənişə diqqət edirik. Amma kredit müddəti ərzində gözlənilməz hadisələr də baş verə bilər.İnsan xəstələnə, əmək qabiliyyətini, işini itirə və ya daha ağır həyat hadisəsiil

Azərbaycanda təhsil xərcləri artırılacaq

Gələn il Azərbaycanın təhsil xərcləri 1,6 faiz artacaq. xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb. Gələn il Azərbaycanın təhsi


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeberler xeber az valyuta mezennesi 2026 sou xeberler bugun