Paşinyan niyə Rusiyadan 2 milyard dollar tələb edir? - SƏBƏBİNİ AÇIQLADI
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ölkənin dəmir yollarını idarə etməsinə görə 2 milyard dolların Rusiyadan tutulması ilə bağlı əvvəlki açıqlamasını dəqiqləşdirib.
KONKRET.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, söhbət yalnız nəzərdən keçirilən variantlardan birindən gedib və məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Baş nazir bildirib ki, problem Rusiyanın dəmir yoluna sahib olması və ya konsessiya müqaviləsinin özü deyil. Əsas məsələ Ermənistanın beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya baxımından tarixi fürsəti əldən verməsi riskidir.
Onun sözlərinə görə, Ermənistan dəmir yolu infrastrukturundan istifadə edə biləcək iri potensial tərəfdaşlar investisiya marağı göstərmir və Ermənistan ərazisindən yan keçən alternativ marşrutlar axtarırlar.
"Görürük ki, onlar bu marşrutdan istifadə etmirlər, Ermənistanın yanından keçən digər yollar axtarırlar. Biz soruşuruq ki, onlar niyə Ermənistandan yan keçirlər və başa düşürük ki, əsas səbəb məhz budur", – Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı vurğulayıb ki, hakimiyyət Rusiya tərəfi ilə konsessiya müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini məqbul variant hesab etmir və "dostyana həll" tapmağa çalışır.
Natiq Səlim,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR