"Misli" Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.
Razılığa əsasən, "Misli" 2026/2027-ci illər mövsümündə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı "Misli Premyer Liqası" adlanacaq.
"Misli" hər zaman ölkədə idmanın, xüsusilə də futbolun inkişafına və populyarlaşdırılmasına yönəlmiş mühüm layihələrin həyata keçirilməsinə töhfə verir. Şirkətin Azərbaycan Premyer Liqasına sponsorluğu da bu istiqamətdə həyata keçirilən önəmli layihələrdən biridir.
Artıq beşinci mövsümdür davam edən bu əməkdaşlıq Azərbaycan futbolunun uzunmüddətli və dayanıqlı inkişafında mühüm rol oynayır. Bu müddət ərzində liqaya maraq və yarışın rəqabətliliyi əhəmiyyətli dərəcədə artıb. Sponsorluq çərçivəsində həyata keçirilən müxtəlif layihələr azarkeşlərin diqqətini cəlb etməklə yanaşı, yerli futbolun kommersiya dəyərinin artırılmasına da mühüm töhfə verir.
"Misli" həmçinin kişilərdən ibarət A milli futbol komandasının rəsmi sponsorudur. Əsas milli komandaya sponsorluq "Misli"nin ölkədə idmanın, xüsusilə də futbolun inkişafına və dəstəklənməsinə verdiyi davamlı dəstəyi əks etdirir.
"Misli" və PFL arasında davam edən tərəfdaşlıq futbolun ictimai dəyərinin artırılmasına, azarkeşlərlə klublar və milli futbol arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir. "Misli"nin Premyer Liqaya dəstəyi Azərbaycan futbolunun inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edir.
Qeyd edək ki, 2026/2027-ci illər mövsümünün "Misli Premyer Liqası" 14 avqust tarixində başlayacaq. / azxeber.com

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun