VAR bu hallarda müdaxilə edəcək: Yeni sistem
UEFA hakimlik qərarlarının daha vahid və şəffaf şəkildə tətbiq olunması məqsədilə yeni "Clear Line" ("Aydın Xətt") platformasını istifadəyə verib.
KONKRET.azmilliaz-a istinadən xəbər verir ki, yeni sistem UEFA-ya üzv bütün federasiyaların hakimləri tərəfindən təsdiqlənib.
"Clear Line" həm milli çempionatlarda, həm də Avropa turnirlərində hakim qərarları və VAR müdaxilələri üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək.
Platformada 150-dən çox müxtəlif hakimlik ssenarisi təqdim olunur. Bu nümunələrdə oyun qaydalarının fərqli situasiyalarda necə tətbiq edilməli olduğu, eləcə də VAR-ın hansı epizodlarda müdaxilə etməsinin və ya müdaxilədən çəkinməsinin düzgün sayıldığı izah edilir.
UEFA-nın sözlərinə görə, sistemin əsas məqsədlərindən biri VAR protokolunun mühüm prinsipini qorumaqdır. Buna əsasən, videohakim müdaxiləsi yalnız aydın və aşkar səhv baş verdiyi halda həyata keçirilməlidir.
Mübahisəli və mürəkkəb epizodlarla bağlı qərarların hansı məntiq əsasında qəbul edildiyi platformada video nümunələri və vizual izahlarla göstərilir.
Qurum hesab edir ki, "Clear Line" hakimlərlə yanaşı, futbolçuların, məşqçilərin, şərhçilərin və azarkeşlərin də hakim qərarlarını daha düzgün anlamasına imkan verəcək.
UEFA həmçinin bildirib ki, platforma daim yenilənəcək. Futbolda yeni və mürəkkəb situasiyalar meydana çıxdıqca, eləcə də müəyyən epizodların əlavə izahına ehtiyac yarandıqda sistemə yeni materiallar əlavə olunacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test