2026-cı ildən sosial sığorta haqqı dəyişir: Fərdi sahibkarları nə gözləyir? – DETALLI TƏHLİL

2026-cı ildən sosial sığorta haqqı dəyişir: Fərdi sahibkarları nə gözləyir? – DETALLI TƏHLİL2026-ci il yanvarın 1-dən etibarən fərdi sahibkarların ödədiyi məcburi dövlət sosial sığorta haqqı tamamilə yeni metodologiya ilə hesablanacaq. Milli Məclisin son iclasında "Sosial sığorta haqqında" qanuna edilən dəyişiklik sahibkarların vergi yükünü struktur olaraq dəyişir və yaxın illər üçün biznes fəaliyyətinin maliyyə modelləşdirilməsinə təsir göstərəcək.
Əvvəllər regionlara və fəaliyyət sahəsinə görə dəyişən sabit məbləğlərə əsaslanan sosial sığorta haqqı artıq sahibkarın gəlirinin 2%-i üzrə hesablanacaq, lakin minimum aylıq əməkhaqqının 15%-indən az, 100%-indən çox olmamaq şərtilə.
Bu o deməkdir ki, 400 manat minimum əməkhaqqı qəbul edildikdə sahibkar minimum 60 manat, maksimum isə 400 manat sosial sığorta haqqı ödəyəcək. Başqa sözlə, gəliri 3 000 manatadək olanlar aylıq 60 manat, ödəyəcəklər. Gəliri 20 000 manat və yuxarı olanlar aylıq 400 manat ödəyəcəklər.
Bu dəyişiklik sahibkarlar üçün sosial sığorta yükünün əhəmiyyətli dərəcədə azalması deməkdir. Əvvəlki sistemdə Bakı şəhərində fərdi sahibkar aylıq minimum 400 manat, bəzi sahələr üzrə isə daha çox ödəyirdi. Yeni qayda ilə bir çox sahibkar üçün ödəniş yükü xeyli yüngülləşir. Regionlar üzrə fərq ləğv olunur, daha ədalətli sistem formalaşır. Əvvəllər eyni fəaliyyət müxtəlif şəhər və rayonlarda fərqli ödənişlər tələb edirdi. Bu, sahibkarlıq mühitində bərabərsizliyə səbəb olurdu. Yeni model daha standart və şəffafdır. Gəlirlə əlaqəli sistem sahibkarı "kağız üzərində yox, real dövriyyə" ilə hesablamağa sövq edir. Bu, daha çevik və iqtisadi aktivliyə uyğun mexanizmdir. Yüksək gəlirli sahibkarlar üçün limit tətbiqi məsələsi xüsusilə diqqəti çəkir.
Belə ki, ən çox qazanan sahibkar belə maksimum 400 manat ödəyəcək. Bu da daha proqnozlaşdırıla bilən xərclər deməkdir. Amma yeni qaydalar sahibkarlar üçün bəzi risklər də daşıyır. Belə ki, mikro sahibkarlar üçün faktiki yük arta bilər. Əvvəl bəzi regionlarda 30-40 manat ödəyən sahibkarlar indi minimum 60 manat ödəməli olacaqlar. Xırda kənd biznesləri üçün bu, hiss edilə bilən məbləğ ola bilər.
"Gəlirin 2%-i" yanaşması gəlirləri bəyan etməyən sahibkarları çətin vəziyyətə sala bilər. Faktiki dövriyyə yüksəkdirsə, bəyannamələr real rəqəmlərlə təqdim olunmalıdır. Əks halda, vergi riskləri arta bilər. Burada xərclərin nəzərə alınmaması məsələsi də önəmlidir. Ödəniş yalnız gəlirdən, xərclər çıxılmadan hesablanır. Yüksək dövriyyəli, lakin az marjalı bizneslər bu sistemdə müəyyən yük hiss edə bilər. Yeni hesablama metoduna uyğunlaşma üçün əlavə inzibati prosedurlar gərəkir.
Bəyannamələrin düzgün doldurulması, gəlirlərin açıqlanması, mühasibat uçotunun qurulması bir çox sahibkar üçün əlavə məsuliyyət yaradır. Bu baxımdan, sahibkarların gəlir uçotunu şəffaf aparması tövsiyyə olunur. Yeni mexanizm gəliri əsas götürdüyündən bütün satışlar və xidmətlər rəsmi qaydada hesablanmalıdır. Əks halda, əlavə vergi yoxlamalarına səbəb ola bilər. Ona görə də, xərclərin uçotunun qaydaya salınması şərtdir. Sosial sığorta hesablanmasında xərclər rol oynamasa da, vergi yükünün ümumi hesablanmasında çox əhəmiyyətlidir.
Gəlir səviyyəsini proqnozlaşdırmaqda fayda var. Aylıq gəliri 3 000 manatdan aşağı olan sahibkarlar üçün 60 manatlıq ödəniş sabitləşəcək. 20 000 manatdan çox gəliri olanların sosial sığorta ödənişləri isə 400 manatla məhdudlaşır. Planlama da məhz buna uyğun aparılmalıdır. 
Ümumilkdə, yeni sosial sığorta mexanizmi sahibkarların böyük hissəsi üçün müsbət yenilik hesab edilə bilər. Belə ki, ödənişlər azalır, sistem sadələşir, regionlararası fərqlər ləğv olunur. Lakin mikro bizneslər və aşağı gəlirli sahibkarlar üçün sosial sığorta yükünün artması, eləcə də gəlirin dəqiq uçotunun tələb olunması müəyyən risklər yaradır. Bu dəyişiklik fonunda hər bir sahibkar öz biznes modelini, gəlir və xərc strukturunu, eləcə də hüquqi statusunu yenidən dəyərləndirməlidir. Yaxşı planlama və düzgün hüquqi yanaşma isə sosial sığorta yükünü optimallaşdırmağa, riskləri minimuma endirməyə imkan verəcək.
Çinarə Ağayeva,
Biznes məsləhətçi / azxeber.com

İqtisadiyyat       Tarix: 13 dekabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 cəbhədən son məlumat krimnal bugun sonxabar