2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandıFormula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb.
Bakı Şəhər Halqasından KONKRET.az-a verilən məlumata görə, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində baş tutacaq.
2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.
Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki "Sahir" trasında baş tutacaq.
"2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir.
Formula 1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA Formula 1 Dünya Çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik", – deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qeyd edib ki, 2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula 1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır: "Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula 1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir.
Formula 1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm — gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır. Həmçinin, FIA prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim".
Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə — 24–26 sentyabrda keçiriləcək.

İdman       Tarix: 16 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Millimiz Moldova yığmasına uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib. AFFA-dan -a bildirilib ki, Kişineu şəhərində yerləşən "Technica

Futboldan ömürlük uzaqlaşdırıldılar

FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası Maldiv və Montserrat futbol federasiyalarının sabiq prezidentləri ilə bağlı ağır cəzalar tətbiq edib. -a istinadən xəbər verir ki, Maldiv Futbol Assosiasiyasının (FAM) sabiq prezident

Hər iki komanda 1 xala layiq idi - Qurbanov

Maraqlı oyun alındı. Gərginlik sona qədər davam etdi. Hər iki komanda 1 xal qazanmağa layiq idi. Xallarımız üzərinə bir xal da əlavə olundi. Növbəti oyunlara hazırlaşacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm

"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı

"Qarabağ" futbol klubunda U-12 qızlardan ibarət komanda yaradılıb. bildirir ki, bu barədə "Qarabağ"ın mətbuat xidmətindən  -ın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, yeni yaradılan komand

Emil Binyətzadə cəzalandırıldı

II Liqada çıxış edən "Difai"nin futbolçusu Emil Binyətzadə 4 oyunluq cəza alıb. KONKRET.azxəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Oyunçu II turda, "Marafon"la matçın 90+4-cü dəqiqəsind

Daha bir cüdoçumuz Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb. xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Süleyman Şükürov almaniyalı Konstanti

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları

Bu gün UEFA Çempionlar Liqasında 2026-2027 mövsümünün həyəcanı başlayır. KONKRET.azxəbər verir ki, liqa mərhələsinin ilk turu çərçivəsində bu gün altı qarşılaşma keçiriləcək. Günün ilk oyunlarında AEK "LASK"ı, "Brügge"

"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Joao Feliks "Əl-İttihad"a 1:2 hesablı məğlubiyyətdən sonra gözlənilməz bəyanatla çıxış edib. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki

Ronaldo çıxış etdiyi klubu ala bilər

Dünyaşöhrətli futbolçu, "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo çıxış etdiyi Səudiyyə Ərəbistanı klubunun həmmülkiyyətçisi ola bilər. xəbər verir ki, bu haqda "DAZN Portugal" məlumat yayıb. Bildirili


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber.az cəbhədən görüntülər meherremlik 2026 bugun xeberler