24 gün dənizdə çarəsiz qalan dominikanlı "Robinzon Kruzo": "Nə torpaq göründü, nə danışmağa adam..." - FOTO

24 gün dənizdə çarəsiz qalan dominikanlı 24 gün dənizdə çarəsiz qalan dominikanlı "Robinzon Kruzo": "Nə torpaq göründü, nə danışmağa adam..." - FOTO
Dominikanlı Elvis Françoisin başına filmlərdəki kimi hadisə gəlib.
Elvis François dekabr ayında Karib dənizindəki Sent-Martin adasının limanında qayığı təmir etməyə çalışarkən axına düşüb və açıq dənizə sürüklənməyə başlayıb.
Dənizçiliklə bağlı məlumatlı olmayan François telefon şəbəkəsi ilə əlaqə kəsildiyi üçün kömək də istəyə bilməyib. 47 yaşlı Elvis günlərlə dənizdə qalıb, 24 gün ərzində 1 şüşə ketçup, sarımsaq tozu və ət suyu həbləri yeyərək sağ qalıb.
Daha sonra içində olduğu qayığa su dolmağa başlayıb və tapıldığı günə qədər əlindəki parça ilə qayığın içindəki suyu boşaltmağa çalışıb.
O, köməyə çağırmaq üçün ocaq qalamağa cəhd edib, lakin buna nail ola bilməyib. Daha sonra yelkənli qayığın gövdəsinə "Kömək" yazıb. Həmçinin günəş şüalarını təyyarəyə əks etdirmək üçün güzgüdən istifadə edib və nəhayət, diqqət cəlb etməyi bacarıb. Təyyarənin ekipajı vəziyyət barədə Kolumbiya donanmasına məlumat verib.
Donanma öz növbəsində ticarət gəmisi ilə əlaqə saxlayıb və gəmi təxminən bir ay dənizdə qalan Françoisi xilas edərək liman şəhəri olan Kartagenaya gətirib.
"İyirmi dörd gün, nə torpaq göründü, nə də danışmağa adam oldu... Nə edəcəyimi bilmirdim, harada olduğumu bilmirdim. Qayıqda yemək yox idi. Ketçup, sarımsaq tozu və ət suyu həbləri var idi. Ət suyu həblərini su ilə qarışdırıb içdim. Bir nöqtədə artıq ümidimi itirdim, ailəmi düşündüm. Donanmaya təşəkkür edirəm. Onlar olmasaydı, mən bu hekayəni danışa bilməzdim", - deyə François yaşadıqlarını danışıb.
Komandir Karlos Urbano Montes verdiyi açıqlamada Elvis Françoisin sağlamlıq yoxlamasından keçdiyini və səhhətinin yaxşı olduğunu, lakin bir qədər arıqladığını bildirib.
Tibbi müayinədən keçdikdən sonra onun evinə qayıda bilməsi üçün immiqrasiya idarəsinə məlumat verilib.
24 gün dənizdə çarəsiz qalan dominikanlı 24 gün dənizdə çarəsiz qalan dominikanlı 24 gün dənizdə çarəsiz qalan dominikanlı 24 gün dənizdə çarəsiz qalan dominikanlı 24 gün dənizdə çarəsiz qalan dominikanlı Mənbə: Hürriyet / oxu.az

Maraqlı       Tarix: 21 yanvar 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün azerbaycan son xeber bugun beynelxalq bank mezenne hava proqnozu