28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR

28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLARMayın 28-i Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
azxeber.com xəbər verir ki, qəbulda İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş Direktoratlığının rəisi Karlos Moreno Blanko, habelə digər dövlət qurumlarının struktur-vahidlərinin rəhbərləri, İspaniyanın İqlim Dəyişiklikləri məsələləri üzrə Ofisinin yüksək vəzifəli nümayəndələri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzar dairələrin təmsilçiləri, QHT-lər və mötəbər media nümayəndələri, o cümlədən yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər. 
Tədbirdə açılış nitqi ilə çıxış edən Səfir Ramiz Həsənov, 106 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik ölkə olan ADR-in tarixi əhəmiyyətindən söz açıb.
O, Azərbaycanın Şərqin ilk dünyəvi və parlamentli respublikası kimi o dövr üçün mütərəqqi dövlət institutları – çoxpartiyalı sistem, plüralist parlament və azad medinın təsis etməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb; Azərbaycan vətəndaşlarının milli mənsubiyyətinə, cinsinə, dininə və sosial vəziyyətinə görə fərqləndirilmədən mülki və siyasi hüquqlarının təmin edilməsi, habelə Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçki hüququnun verilməsi barədə fikirlərini bölüşüb. 
Cənab Səfir həmçinin, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji xəttin bu gün müasir və müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən, sosial-iqtisadi inkişafından bəhs edib. 
İspaniya Krallığının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu vurğulayan Ramiz Həsənov iki ölkə arasında çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.
Daha sonra Səfir bütün ölkələrin yekdil dəstəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransına (COP29) ev sahibliyi etmək üçün Azərbaycanın seçilməsinə toxunub.
Qeyd olunub ki, bu, Azərbaycanın iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin və səylərinin tanınmasını nümayiş etdirir. Səfir Azərbaycanın iqlim məsələlərinə verdiyi diqqətin təzahürü kimi ölkənin ətraf mühitin mühafizəsində gördüyü əməli işlərdən və üzərinə götürdüyü öhdəliklərdən danışıb. 
Tədbirdə İspaniya tərəfindən əsas qonaq qismində çıxış edən Karlos Moreno ilk növbədə Azərbaycan hökuməti və xalqına xoş səmimi təbriklərini çatdırıb və son illərdə ikitərəfli münasibətlərimizin inkişafında əldə olunan nailiyyətlərə toxunub.
İspan diplomat ölkəsinin Azərbaycana həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq dəstəyini davam etdirdiyini vurğulayıb.
XİN nümayəndəsi Azərbaycanı Avropa və Asiyanın kəsişməsində yerləşən güclü və sürətlə inkişaf edən ölkə kimi xarakterizə edib, ölkəmizi Avropa enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verən tərəfdaş olaraq Azərbaycanın tranzit imkanlarından söz açıb. Azərbaycanın karbohidrogen tədarükçüsü və ixracatçısı kimi strateji əhəmiyyətini vurğulayan diplomat COP29 tədbirinə ev sahibliyi xüsusunda ölkəmizin bərpaolunan və yaşıl enerji əsasında irəli sürdüyü strategiyasını təqdirəlayiq adlandırıb.
Azərbaycanın ecazkar musiqisinin müşayiəti ilə tədbirin qonaqları milli mətbəximizin ən ləziz təamlarından dadıb, ölkəmizin mədəniyyətini və turizmini təbliğ edən broşürlərlə tanış olublar.
Tədbir boyunca Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi, o cümlədən COP29 haqqında videoçarxlar nümayiş olunub. 
Xüsusilə qeyd olunmalıdır ki, rəsmi qəbulun ardınca Səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan "Cibeles" fəvvarəsi ənənəvi olaraq Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR

Sosial       Tarix: 01 iyun 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri idman xeberleri cəbhədən canlı en son xeberler xeberler bu qun