"30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər" - Prezident ATƏT-in Minsk qrupundan danışdı

"Bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, bu, bizim işimiz deyil:
"Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik.
Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik.
Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər. Bildiyimə görə, indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Mənim mülahizələrim buna dəlalət edir.
Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər. Hər halda onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram".

Siyasi       Tarix: 13 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

İlham Əliyev Malavi liderini təbrik etdi

Prezident İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Malavi Respublikasının milli bayramı – Müstəqilli

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək

Dünyanın ən böyük liman operatorlarından biri, Dubayın "DP World" şirkəti Fars körfəzində yüklərin Hörmüz boğazından yan keçməklə daşınmasına imkan verəcək yeni dəniz limanı yaratmağı planlaşdırır. bu barədə "Financia

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə siyaseti xeberler bugun cəbhədən son xeber xəbər.az