30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTO

30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTO30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTO
Kubra Məhərrəmova yazır...
Gecə saat 3-də Bakıdan Füzuliyə yola çıxdıq. Çünki 07:15-də Ağdamın Alxanlı postunda olmalıydıq. 
Səfərin marşrutu bəlli idi - Füzuli, Xocavənd, Hadrut. Bəribaşdan deyim ki, kənardan səfər adama asan gəlir. Elə ki, hərəkətə başlayırsan, görürsən ki, bu, heç də belə deyil.
İlk dayanacaq Füzuli-Hadrut avtomobil yolunun prezident tərəfindən təməli qoyulduğu yer oldu. Geniş ərazidə böyük texnika cəmlənmiş, insanlar çalışırdı.
Onu da qeyd edim ki, hazırda Füzulidən Şuşaya yol çəkilir - Zəfər yolu. O yoldan da keçdik. Qısa zaman ərzində çox böyük işlər görülüb. Özü də nəzərə alsaq ki, düşmən hələ də minalanmış ərazilərin xəritələrini vermir, işin nə dərəcədə təhlükəli olduğunun miqyasına varırsan.
İlk dayanacaqdan sonra üz tutduq Füzuli şəhərinə. Şəhər deyək, şərti olaraq. Çünki yerlə-yeksan olunmuş ərazidə salamat bina yoxdur. Bunu çox yazmışıq, demişik. Amma hər gün, gündə 50 dəfə təkrar etməliyik. Bu torpaqlara, bu şəhərlərə belə işgəncə verən erməni bizə qarşı düşmənçilik münasibətini bir daha sərgiləyir. Bunu qətiyyən unutmaq olmaz!
Yolumuza davam edib Xocavəndin Edilli kəndinə gəlib çıxdıq. Yerdə qar olsa da, hava olduqca mülayim idi. Quşlar cəh-cəh vurur, günəş buzları əridirdi. Əsl yaz havası...
30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTOEdilli kəndində digər yerlərlə müqayisədə yollara daş döşənib, infrastruktur var. Hə, səhv oxumursunuz, ermənilər işğal etdikləri və yaşadıqları məkanlarda özləri üçün şərait qurublar. Evlər də tikiblər. Amma tikdikləri evlər də "kasıbcasına" tikilib. Tavanlar alçaq, evlər zövqsüz... Yəni 30 ildir ermənilər bizim evləri dağıdıb aparmaqlarına rəğmən təzə tikdikləri evlər də toyuq hini təəssüratı yaradır. Edilli kəndində erməni generalın qoyub qaçdığı evdə olduq.
Yenə də alçaq tavanlar, "vaqon" memarlığında bir tikili... Qısası, söküb təzədən tikməliyik. Biz elə evlərdə yaşaya bilmərik, vəssalam.
Oradan çıxıb üz tutduq Azıx mağarasına. Amma Azıxa gedən yol Zəfər yolundan keçir. 
O yoldan ki, Şuşaya hücuma gedən hərbçilərimiz 100 kilometr uzunluğunda olan yolu piyada keçiblər. Özü də silah-sursatla yüklənmiş... Ərazi də dərə-təpə...
Bu yola çıxan neçə hərbçimiz geri qayıtmayıb, neçəsi yaralı qayıdıb, neçəsi sağ qayıdıb bilmirəm, amma bizim üçün əbədi olaraq Zəfər yolunu açıblar. İndi bu yolla sürətlə avtomobillə hərəkət edəndə bütün bunları düşünməmək mümkün deyil. Yolun inşası isə davam edir, dayanmadan işlər gedir. Yolun inşası üçün ağır texnikanı, bizimkiləri iş başında görəndə adam gözlərinə inanmır. Bu gördüklərimi bir il əvvəl kimsə danışsaydı, adamı səfeh hesab edərdilər. 
Daha bir möcüzə isə yol boyu dəmir dirəkləri görmək idi. Bu dəmir dirəklər çiyinlərində Şuşaya işıq aparır. Ərazinin relyefi isə dağ-daş, dərə-təpə, qəmbər-kəsək... O dəmir dirəkləri orada inşa edən, quraşdıran insanların əzminə heyran olmamaq mümkün deyil. Hava şəraitini də özünüz bilirsiniz. Yerdə isə hələ qar qalır. Amma Şuşamıza işıq gedir və həmişə gedəcək. 
30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTOZəfər yolu bizi Azıx mağarasına doğru gətirdi. Dünyanın ən qədim insan məskənlərindən biri olan bu mağara Xocavənd rayonunun Azıx kəndində yerləşir.
Aşağıdan mağaranın yerləşdiyi yüksəkliyə baxan kimi yadıma Prezident İlham Əliyevin "Təxminən 800 pillə qalxmışıq, yaxşı idman etmişik" deməsi düşdü.
Nə yalan deyim mənim belə hündürlüyə yol qət etmək kimi planım yox idi. Amma geri çəkilmək də olmazdı. Beləliklə həyatında ilk dəfə Qarabağa səfər edən adam, dəniz səviyyəsindən 900 metr yüksəkliyə pillə-pillə addımlamağa başladı. Nəticə isə həyatımda heç vaxt görmədiyim bir gözəllik oldu. Həqiqətən də Qarabağın hər daşı, hər kəsəyi ayrıca gözəllikdir.
Hardasa saat 16:00 radələrində Tuğ kəndinə gəlib çıxdıq. Dəniz səviyyəsindən 1400-1500 m yüksəklikdə yerləşən Tuğ kəndi 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Kəndin təbiəti, qədim memarlıq abidələri, xarabalığı belə göz oxşayır. Sanki cənnətdir. Tuğ açıq səma altında muzeyi xatırladır.
30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTOƏsrlər boyu Tuğda alban əsilli Dizaq məlikləri hakimiyyətdə olublar. Məliklərdən Məlik Yeqan, Aram, Avaq Məlikyeqanlı, Vaxtanq Məlikyeqanlı, Abbas Məlikyeqanlı, Aslan bəy Məlikyeqanlının adlarını çəkmək olar. Qeyd edim ki, Azərbaycan tarixində məşhur olan Məlikaslanovlar, Məlikabbasovlar Məlik Yeqanın soyundandır.
30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTOTuğun mərkəzində Dizaq məliklərinin sarayının qalıqları durur. Bir az yüksəklikdə, qayanın üstündə gözəlliyi ilə göz qamaşdıran qədim Alban məbədi görünür.
30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTOErmənilərin qədim alban məbədini özünküləşdirmək cəhdi açığı çox gülməli alınmışdı. Ora-bura erməni hərfləri və xaçlarını yapışdıraraq tarixi dəyişdirmək istəyiblər. Amma Prezident demişkən: "Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq".
Açığı Tuğdan heç yerə getmək istəmirdim. Tuğun fövqəladi gözəlliyi, energetikası oradan ayrılmağa imkan vermirdi. Amma səfərin növbəti nöqtəsinə getməliyik. Növbəti dayanacaq isə Hadrutdur.
Qarabağın qarlı aşırımları ilə gedən yol bizi Hadruta gətirdi. Yolun kənarında məşhur daş var. Həmin daş indi Azərbaycan bayrağının rənginə boyanıb. 44 günlük Vətən müharibəsində bu daşın yanında erməni işğalçıları foto çəkib paylaşırdılar. Və həyasızcasına iddia edirdilər ki, Hadrut hələ də ermənilərdədir. Peqov da atasının goruna and içirdi ki, burada döyüş-filan getmir, ermənilər kabab çəkib, şərab içir. Sonra isə məlum oldu ki, Azərbaycan əsgəri erməninin özünü şişə çəkib, Hadrutu da işğaldan azad edib.
30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTOHadrutun işğaldan azad olunmasını 9 oktyabr 2020-ci ildə cənab Prezident xalqa müraciətində bildirmişdi. Çıxışı zamanı hamının gözlədiyi ağ vərəqləri götürərək işğaldan azad olunmuş yaşayış məntəqələrini bir-bir elan etmişdi: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. O vaxtkı çıxışında qeyd etmişdir ki, bu, tarixi qələbədir. 
Hadrutun girəcəyində bizi postda keşik çəkən əsgərlərimiz qarşıladı. Bu qüruru hiss etmək üçün ancaq orada olmaq lazımdır. Başqa heç cür bu hissləri ifadə etmək, anlatmaq mümkün deyil. Həqiqətən də ən böyük əsgər bizim əsgərdir!
Bir zamanlar Hadrutda özü üçün icra hakimiyyəti quran, bunun üçün bina tikən işğalçıların artıq burada izi-tozu yoxdur. Erməni işğalçıları gorbagor olub. Ordumuz onları iti qovan kimi qovub Hadrutdan, burada Azərbaycan dili eşidilir.
Ordumuz, polisimiz burada xidmət çəkir. Hadrutun küçələrində hərəkət edərkən məşhur videodakı küçəni o dəqiqə tanıdım. Həmin videoda Hadrut qəsəbəsini işğaldan azad etdikdən sonra bir əsgərin "Sən Allah, o "Mercedes"ə bax, ikiqapılı, xəyalım olub mənim" deməsi yadınıza yəqin ki, gələr. Bəli, o küçədə Bayraq meydanı yerləşir. Məhz 15 mart Ali Baş Komandan həmin meydanda Azərbaycanın dövlət rəmzi olan üçrəngli bayrağımızı göylərə ucaltdı.
30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTOHadrutda, o meydanda, Dövlət bayrağımızın qarşısında bu şərəfi, bu qüruru bizə yaşadan hər bir kəsi minnətdarlıqla yad etdim. Ali Baş Komandandan tutmuş hər bir əsgərimizə qədər, qazimizə qədər, indi də orada çalışan polis, hərbçi, həkim, mağazada çalışan satıcıya qədər hər birinə minnətdar olmalıyıq.
Vətən uğrunda özünü qurban edən hər bir şəhidimizin xatirəsini tarix boyu yaşatmalıyılıq. 
Bu qələbə bizim xalq üçün hava, su qədər vacib idi. Bir zamanlar erməninin gen-gen gəzdiyi və bütün dünyaya erməni ərazisi kimi sırıdığı ərazilər indi tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır. Dəmir yumruq isə hər zaman olduğu kimi birdir, möhkəmdir və hazırdır. Başını qaldıran olsa, yenə o baş dəmir yumruğun altında əziləcək.
Prezident olmaq asan deyil. Prezidentin yolunu keçmək heç asan deyil.
Ən vacibi isə odur ki, cənab Prezident bütün səfərlərdə sükan arxasındadır. Deməli onunla birgə xalq olaraq gedəcəyimiz Zəfər yolumuz hələ çox olacaq.
Hava qaralır, indi Hadrutdan Füzuliyə, oradan da Bakıya geri qayıtmalıyıq. Hələ həyatımda 24 saatdan çox yatmadan, dincəlmədən səfərim olmamışdı. Bakıya çatanda düşündüm ki, hələ belə möhtəşəm səfərim olmamışdı. 30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi.
30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTO30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTO30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTO30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTO30 il həsrətini çəkdiyim Vətənim, səninlə görüş möhtəşəm idi - FOTO

Sosial     Baxılıb: 370   Tarix: 19 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Bakıda motosiklet qəzasında ölən Rusiya vətəndaşının - Fotosu

Xəbər verdiyimiz kimi, Bakıda motosikletin yük avtomobilinə çırpılması nəticəsində 2003-cü il təvəllüdlü Rusiya vətəndaşı Emil Elşən oğlu Ələkbərov dünyasını dəyişib. "Qafqazinfo"ya istinadən qəzada həlak olan şəxsi

Sabah 10 müntəzəm marşrutun hərəkəti dəyişdiriləcək

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a AYNA-dan bildirilib. Qeyd edilib ki, məhdudiyyə

Azərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLAR

Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) silsilə tədbirlər həyata keçirib. xəbər verir ki, ölkəni

Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq

Təhsilalanlar və əcnəbilərlə də əmək müqaviləsi bağlanıla biləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, təhsilalanla

Ankarada Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub- FOTO

20 Yanvar Faciəsinin ildönümü ilə əlaqədar Ankarada yerləşən Cumhuriyet Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. "Azərbaycan xalqını

Sosial yardıma ayrılan vəsait 4 dəfə artırılıb

Ünvanlı dövlət sosial yardımı 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə 465 milyon manata qədər yüksəlib, bu da son 7 il ərzində 4,3 dəfə artım deməkdir. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Ana

Qalmaqallı məmurun vəzifəsi bəlli oldu

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Teleqraf-a istinadla xəbər verir ki, kobud davranışı ilə tənqidlərə tuş gələ

Bakıda binadakı yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətd

Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrindəki (əlavə təhsil istisna olmaqla) təhsil haqqı dövlət tərəfindən qarşılanacaq. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Elm və təhsil komitəsini


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünki xəbərlər cəbhədən son xəbərlər metbuat xeberleri krimnal xeber