30 il sonra Azərbaycan təyyarəsi İrəvana endi: "Bu görüşlər davamlı olacaq

30 il sonra Azərbaycan təyyarəsi İrəvana endi: Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin İrəvanda ikitərəfli dəyirmi masası baş tutub.
 
Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.
Azərbaycanı təmsil edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov  azxeber.com-a açıqlamasında bildirib ki, dünən baş tutan görüşdə üçüncü tərəf iştirak etməyib:
"Bu görüş vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşü idi. Görüşə hər iki hökumət təşkilatçılıq baxımından səy göstərdi. Bildiyimiz kimi Azərbaycan Hava Yollarına məxsus təyyarə 30 ildən sonra ilk dəfə Ermənistanın paytaxtına eniş etdi. Görüş çərçivəsində bir çox məsələlər müzakirə edildi".
Fərhad Məmmədov İrəvandakı görüşün digər görüşlərdən fərqini belə izah edib:
"Onsuzda biz bəzi beynəlxalq tədbirlər çərçivəsində xarici təşklilatların təşkil etdiyi müzakirələrdə Ermənistandan olan ekspertlərlə görüşürük. Amma bu görüş ikitərəfli formatda baş tutdu. Burada nə təşkilatçılıq, nə təşəbbüs baxımından üçüncü tərəf iştirak etmədi". 
Məmmədov qeyd edib ki, Vaşinqton görüşündən sonra hökumətlər qarşılqlı addımlar atır:
"Vaşinqton görüşü zamanı imzalanan birgə bəyanatdan sonra elə bir mühit formalaşıb ki, hökumətlər qarşılılı addımlar atır. Müəyyən dərəcədə birgə fəaliyyət təmin olunub. Elə bir tarixi şərait formalaşıb ki, təkcə vətəndaş cəmiyyəti deyil, həmçinin ekspert, media səviyyəsində birgə fəaliyyətin təşkili aktualdır. Belə olan halda bu dövrü qiymətləndirərək belə bir addım atıldı. Ümid edirik ki, bu format görüşlər davamlı olacaq və belə görüşlərin təşkili artıq normaya çevriləcək. İkitərəfli görüşlər diplomatik, iqtisadi və vətəndaş cəmiyyətinin dialoqu formatında qorunub-saxlanacaqdır".
Fərhad Məmmədov həmçinin bildirib ki, görüşlər bu ardıcıllıqla davam etsə, Ermənistan tərəfinin də Azərbaycana səfəri gözləniləndir:
"Bu görüş ikitərəfli formatda və Ermənistanın paytaxtında baş tutdu. Əgər bu fəaliyyət davam edəcəksə, təbii ki, onların da Azərbaycana səfəri nəzərdə tutulacaq".
Günel Hüseynli

Siyasi       Tarix: 24 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər cəbhədən son durum xeberler bu qun gunun xeberleri