35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı - FOTO

35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı - FOTO35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı - FOTO
"İnsan sağlamlığına şüurlu yanaşarsa, yaşlananda fiziki və intellektual qabiliyyətləri nəinki azalmaz, hətta gənclikdə olduğu kimi inkişaf edə də bilər".
Bu barədə rusiyalı neyroreabilitasiya üzrə mütəxəssis Alisa Korotina bildirib.
O, yaşlanma ilə bağlı miflərdən bəzilərini açıqlayıb.
Yaşlanma sürəti yalnız genetikadan asılıdır
35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı - FOTO"Ömrün uzunluğu ən yaxın qohumlarımızdan miras qalıb - bu doğrudur. Məsələn, valideynləri 80 ildən çox yaşamış uşaqların uzun ömürlü olma şansları daha yüksəkdir. Ancaq başa düşmək lazımdır ki, sağlam və aktiv həyat tərzi, düzgün qidalanma, alkoqoldan çəkinmək və sabit emosional fon da ömrün uzunluğuna, həmçinin keyfiyyətinə təsir göstərir", - deyə mütəxəssis bildirib.
Orqanizm 35 yaşdan sonra qocalmağa başlayır
35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı - FOTOHəkimin sözlərinə görə, hər bir orqanın öz qocalma yaşı var.
"İnsanın inkişafında əsas məqam beynin və onun bütün strukturlarının yetkinləşməsidir. Normalda bu orqanın fəaliyyətinin pik həddi 25 yaşdır, bundan sonra daha az aktiv işləməyə başlayır".
Bununla belə, o, bildirib ki, ümumi qəbul edilmiş tibbi təcrübədə orqanizmin qocalması 50 yaşından başlayır və insanın ümumi vəziyyətindən asılıdır.
"Bioloji yaş anlayışı var və o, pasportda doğum tarixi ilə üst-üstə düşməyə bilər. Hər bir insan fərdidir və qocalma prosesi də fərdi olaraq baş verəcək. Xarici görünüşə görə yaşı dərinin elastikliyi, boyun və biləklərdə qırışlarla müəyyən etmək olar, lakin bu əlamətlər aldadıcı ola bilər. Əgər insan alkoqoldan sui-istifadə edirsə, nikotin asılılığı varsa və kifayət qədər vitamin və mineral qəbul etmirsə, o zaman dəri daha tez qocalır. Həddindən artıq çəki və pis vərdişlər bütövlükdə bütün orqanizmin qocalmasını sürətləndirir", - reabilitasiya üzrə mütəxəssis bildirib.
Yaşlı insanların cinsi əlaqəyə ehtiyacı yoxdur
35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı - FOTO"Qocalıqda cinsi münasibətlər nəinki mümkündür, hətta sağlamlıq üçün faydalıdır. Bir insanın libidosu yaşla azalırsa və ya intim xarakterli başqa problemlər varsa, mütləq həkimə müraciət etməlidir", - deyə həkim xəbərdarlıq edib.
Bəzi qidalar qocalmanı ləngidə bilər
Həkimin sözlərinə görə, məhsullar qocalma prosesini əhəmiyyətli dərəcədə ləngidə bilməz, lakin ətraf mühit faktorları ömür uzunluğuna 60 faiz təsir edir. O, Aralıq dənizi pəhrizinə və oksigenlə zəngin dağ havasına malik regionlardakı uzunömürlüləri misal çəkib.
35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı - FOTOEyni zamanda, Korotina gündə 1,5-2 litr təmiz su içməyi məsləhət görüb:
"Fakt budur ki, insan nə qədər az maye qəbul edərsə, metabolik proseslər bir o qədər pis baş verir və bədən daha tez qocalır".
Yaşlanmağı gecikdirmək və xroniki xəstəliklərin inkişafının qarşısını almaq üçün həkim mütəmadi olaraq ildə bir dəfə tibbi müayinələri tövsiyə etdi. O, bundan əlavə, sağlam və aktiv həyat tərzi keçirməyə, təmiz havada gündəlik gəzintilərə, səhər məşqlərinə və dartınma hərəkətlərinə laqeyd yanaşmamağa çağırdı.
"Sonda qeyd etmək istərdim ki, iti ağıl və aydın yaddaş intellektual fəaliyyətin müxtəlif sahələrini məşq edir və qoruyur. Kitab, qəzet, jurnal, məqalə oxumağa laqeyd yanaşmayın, daim sizi maraqlandıran məlumatları axtarın, şeir öyrənin, yaxınlarınız və dostlarınızla daha tez-tez ünsiyyət qurun", - deyə o, sözlərini yekunlaşdırıb.
35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı - FOTOMənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 23 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun