36 il sonra 3 yanvar... - ABŞ tarixi təkrarlayır?

36 il sonra 3 yanvar... - ABŞ tarixi təkrarlayır?"Venesuela ilə Ukraynanı eyniləşdirmək strateji korluqdur" – Britaniyalı analitiklərdən müqayisəli yazı
Venesuelada ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyatlarla Rusiyanın Ukraynada apardığı hərbi kampaniyanı müqayisə etmək cəhdləri ciddi qüsurlarla doludur.
Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Iron Lion analitik qrupu yaydığı geniş təhlildə bildirib.
Analitiklərin fikrincə, Venesuela ilə Ukrayna arasında fundamental fərqlər var və bu fərqlər iki prosesi eyni çərçivədə qiymətləndirməyi mümkünsüz edir. Qeyd olunur ki, Venesuelada faktiki olaraq mütəşəkkil və müqavimət göstərə biləcək real ordu mövcud olmayıb. ABŞ-ın fəaliyyəti qısa müddətli, dəqiq planlaşdırılmış və hədəfyönlü xüsusi əməliyyat xarakteri daşıyıb.
Ukrayna kontekstində isə vəziyyət tam fərqlidir. Iron Lion-un təhlilinə görə, Rusiyanın 2022-ci ildə kəşfiyyat və əməliyyat zəiflikləri real fakt idi. Rusiya ordusu "balon" olmasa da, müharibənin əvvəlində kifayət qədər zəif durumda olub.
Ukrayna ordusu 2014–2022-ci illər ərzində səkkiz il ərzində real döyüş təcrübəsi qazanmışdı. Minlərlə hərbçi münaqişə zonasından keçmiş, ölkə 250 minlik aktiv orduya malik olmuşdu. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri NATO təlimatçıları tərəfindən hazırlanmışdı və ölkədə ideoloji motivasiyası son dərəcə güclü olan, "Ukrayna milli dövləti uğrunda vuruşmağa və ölməyə hazır" bir sosial baza formalaşmışdı.
Iron Lion xüsusilə vurğulayır ki, Ukraynanın Qərblə birbaşa sərhədi, geniş kəşfiyyat imkanları, davamlı iqtisadi və hərbi dəstəyi olub. Paralel olaraq Rusiya da zaman keçdikcə ciddi resurs səfərbərliyinə başlayıb.
Bütün bunları nəzərə alan britaniyalı analitiklər belə qənaətə gəlir ki, ABŞ-ın Venesuelada apardığı əməliyyat "həqiqətən də qüsursuz xüsusi əməliyyat" kimi qiymətləndirilə bilər. Rusiyanın Ukraynada apardığı isə artıq xüsusi əməliyyat deyil, tammiqyaslı və uzunmüddətli müharibədir.
Rusiya təhlükəsizlik elitası ideoloji səbəblərlə bu prosesi hələ də "əməliyyat" adlandırsa da, bu qədər uzun çəkən və geniş miqyas alan hərbi fəaliyyət artıq uğursuzluq əlamətidir və klassik müharibə anlayışına tam uyğundur. Çünki Ukrayna nə hərbi, nə siyasi, nə də beynəlxalq dəstək baxımından Venesuela ilə müqayisə oluna biləcək ölkə deyil.
Musavat.com / konkret.az

Siyasi       Tarix: 04 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər cəbhədən video xeberler bugun son xəbərlər azərbaycanda