Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşıİsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazansa da, hökumət qurmaq üçün lazımi dəstəyi əldə edə bilməyib. Müxalifət düşərgəsinin lideri Benni Qantzın isə ərəb partiyalarının dəstəyi ilə hakimiyyətə gəlmək imkanının olduğu bildirilir.
Bəs mövcud siyasi vəziyyətdə İsraildə yeni hökumət necə formalaşacaq? Netanyahu hakimiyyəti itirə bilərmi, yoxsa ölkəni yenidən növbədənkənar seçkilər gözləyir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, İsraildə seçkilər kifayət qədər gərgin keçib və mövcud mandat bölgüsü Netanyahunun hökumət formalaşdırmasını çətinləşdirib.

Onun sözlərinə görə, Likud partiyası 53 yer qazansa da, bu nəticə hakim koalisiyanı qurmaq üçün kifayət etmir. İsrail prezidentinin də hökumətin Netanyahu deyil, müxalifət nümayəndəsi Benni Qantz tərəfindən formalaşdırılmasının tərəfdarı olduğu bildirilir.
Siyasi şərhçi qeyd edib ki, Qantzın rəhbərlik etdiyi blok 48 mandata sahibdir və ərəb partiyalarının dəstəyini qazanmaqla hökumət qurmaq şansını artıra bilər:
"Netanyahu ilə müqayisədə ərəb partiyalarının Qantzı dəstəkləməsi ehtimalı daha yüksəkdir. Əgər 19 mandata sahib ərəb partiyaları ona dəstək versələr, hesab edirəm ki, müxalifət yeni koalisiya formalaşdıraraq hökuməti qurar".
Oqtay Qasımovun fikrincə, ərəb partiyalarının Qantzı dəstəkləməməsi halında isə İsraildə siyasi proseslər tamamilə fərqli istiqamətdə inkişaf edər. Belə olan təqdirdə, müxtəlif siyasi qüvvələrin iştirakı ilə azlıq hökumətinin yaradılması variantı gündəmə gələ bilər. Lakin belə bir hökumətin uzun müddət fəaliyyət göstərməsi real görünmür.
Şərhçi hesab edir ki, tərəflər arasında razılıq əldə olunmasa, İsrail yenidən növbədənkənar parlament seçkilərinə getmək məcburiyyətində qala bilər.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 11 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasınd

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı

Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. xəbə

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler cəbhədən görüntüleri krminal bu gun xeberler