36 yaşına qədər 12 dəfə xərçəngə tutuldu: Səbəbi tibb dünyasını heyrətə gətirdi - FOTO
36 yaşına qədər 12 dəfə xərçəngə tutuldu: Səbəbi tibb dünyasını heyrətə gətirdi - FOTO
36 yaşına qədər xərçəngin 12 müxtəlif növünə (beşi bədxassəli) tutulan qadının vəziyyətini araşdırmağa başlayan həkimlər olduqca təəccüblü nəticəyə gəliblər. Məlum olub ki, dəfələrlə bu xəstəliyə tutulan qadının xərçəngə meylləndirən xüsusi vəziyyəti, eyni zamanda onu ölümdən qoruyur.
İspaniya Milli Xərçəng Araşdırma Mərkəzinin bu barədə tədqiqatı "Science Advances" jurnalında yayımlanıb.
Bildirilir ki, həyatı boyu müxtəlif şiş növlərilə mübarizə aparan adı açıqlanmayan qadının vəziyyəti həkimləri maraqlandırıb. Elm adamları onun xərçəngə bu qədər həssas olmasının səbəbini öyrənmək üçün bir az dərindən araşdırma aparmaq qərarına gəliblər.
Məlum olub ki, xəstənin xərçəngə daha çox meylli olmasına səbəb onun dünyada tayı-bərabəri olmayan genetik mutasiyasıdır. Bu mutasiya hüceyrələrin təkrarlanması disfunksiyasına səbəb olub və fərqli sayda xromosomlu hüceyrələr əmələ gətirir. Qadının qan hüceyrələrinin təxminən 30-40 faizində anormal sayda xromosom aşkarlanıb.
Ancaq həmçinin müəyyən olunub ki, genetik balanssızlığın səbəb olduğu xərçəngə meyllilik həm də qadının ölümdən qoruyur. Tədqiqatçılar xəstənin immun sisteminin daim SOS vəziyyətində olduğunu aşkar ediblər. Qadının immun sisteminin yüksək hazırlığı indiyədək əmələ gələn xərçəng hüceyrələrinin əksəriyyətini məhv edib.
"Xəstənin genetik qüsuru əslində onu qoruyub. İmmunitet sistemi sayəsində bütün bədxassəli şişlərdən xilas olub", - deyə tədqiqat qrupunun üzvlərindən biokimyaçı Karolina Villarroya bildirib.
Sözügedən xəstədə 2014-cü ildən bəri heç bir şiş görünmədiyi, sağlam və normal bir həyat sürdüyü açıqlansa da, elm adamları bu kəşfin erkən xərçəng diaqnozunun yaxşılaşdırılmasına və yeni müalicə üsullarının inkişaf etdirilməsinə kömək edəcəyini bildirirlər.
Mənbə: A Haber / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR