44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir8 Noyabr-Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Qələbəmizi şərtləndirən amillərdən geniş bəhs edərək Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. "Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi" söyləyən ölkə Prezidenti bildirdi ki, müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdi.
Dövlət başçısının dediyi kimi, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı.
2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin Şuşa təntənəsi ilə başa çatması təkcə silah gücünə qazanılan qələbə deyildi, həm də Azərbaycan diplomatiyasının misilsiz uğuru, Silahlı Qüvvələrimizin döyüş ru¬hunun təntənəsi, Xalq-Prezident sarsıl¬maz birliyinin ifadəsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə «Yalnız Qələbə!» devizi ilə hərbi əməliyyatlara başlayan, düşmənə ağır zərbələr endirməklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin formalaşdırdığı «qüdrətli ordu» mifini dağıdan Silahlı Qüvvələrimiz  xalqımızın illərdən bəri gözlədiyi tarixi missiyanı yerinə yetirdi. Haqqı, ədaləti öz gücümüzlə bərpa etdik. Şuşaya qədər Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının, Suqovuşanın, 300-ə yaxın kəndin, Laçının və Kəlbəcərin bir hissəsinin işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin, liderlik konsepsiyasının ifadəsi olan «nəyi, necə, nə vaxt etmək» məsələlərinin döyüş meydanında təsdiqi oldu. Şuşanın azad edilməsi ilə 10 mindən artıq fərarisi olan Ermənistan ordusunun beli qırıldı. 
Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə "Əl-Cəzirə", "Əl-Ərəbiyə" "TRT Haber", "Pervıy Kanal", "CNN Türk", "Euronews", "CNN International", "Sky News", "RBK", "Haber Global", "Haber Türk", "NTV", "France 24", televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.
Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidə çox fəal iş aparmasına, eyni zamanda, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdığına da diqqət çəkdi. Aparılmış uğurlu xarici siyasət nəticəsində ölkəmiz çoxlu dostlar qazanmış, eyni zamanda, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılmışdır. Vətən müharibəsinə qədərki dövrdə BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişlər. Bütün bunlar Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin olmuşdur. 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşmanın müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev bəzi ermənipərəst və Ermənistanla yaxın əlaqələrdə olan ölkələrin Azərbaycana qarşı bəzi siyasi addımlar atmağa çalışdıqlarını xatırlatdı. 
Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. On minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və əlil edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyildir.
Ordumuz müharibədə ləyaqətlə davrandı. Azərbaycan Ermənistandan fərqli olaraq, XXI əsrdə necə savaş apardığını, döyüşlərdə müasir üsullara üstünlük verdiyini, mülki əhaliyə, inf¬rastruktura heç bir xətər yetirmədiyini, cəmi 44 gün ərzində Ermənistan hərbi birləşmələrini tamamilə sıradan çıxardı¬ğını bütün dünyaya nümayiş etdirdi.
Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımıza mənəvi zərbə vurmuşdu. Təxminən 30 il davam edən işğal dövründə Azərbaycanın şəhər və kəndləri, tarixi mədəni-dini irsi, sözün əsl mənasında, vandalizm təsirlərinə məruz qalıb. O cümlədən, məscidlərimiz, qəbirstanlıqlarımız təhqir olunub, təbii sərvətlərimiz talanıb, ekologiyaya ciddi ziyan vurulub. Amma insanlarda milli ruh, vətənpərvərlik daim yüksək olub, Ali Baş Komandanın əmrini gözləyib. Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirib.
Cənab Prezident bu il həyata keçirilən "Fərrux" əməliyyatını, "Qisas" əməliyyatını, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələri yada salaraq bildirmişdir ki, bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər.
Cənab Prezident Ermənistanın nəzərinə çatdırmışdır ki, Azərbaycanı indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil Azərbaycanın həyata keçirtdiyi öz siyasətidir. Azərbaycan heç kimdən qorxmur və heç kimdən çəkinmir. Ermənistan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşadan etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalı, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin bağlanması, ümumilikdə Üçtərəfli Bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir.
Azərbaycan dünyada ədalətli niza¬mın qurulmasının tərəfdarıdır və bu mühüm prosesə öz töhfələrini verir. Ölkəmiz həm daxili, həm də xarici siyasətdə haq¬qa, ədalətə sədaqət nümunəsi nümayiş etdirir. Rəsmi Bakı mütərəqqi fikir və düşüncəni təkcə təqdir etmir, onun daha geniş müstəvidə yayılmasına və real gücə çevrilməsinə nail olur. Rəsmi İrəvan bölgədə ya¬ranmış yeni reallıqların fərqinə varmalıdır. Əsassız iddialardan əl çəkmək, gələcəyə baxmaq, sülh, sabitlik və əməkdaşlıq barədə düşünmək lazımdır.
Vüqar Məmmədov 
Vətən müharibəsi qazisi / azxeber.com

Siyasi       Tarix: 12 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə -a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında

Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə gedib. Məlumata görə, Paşinyan Rusiyaya səfəri çərçivəsində İNNOPROM-2026 beynəlxalq sənaye sərgisinə qatılacaq və sərgi çərçivəsind

Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi

Avropa İttifaqı Şurası 6 nəfər rusiyalı alim və tədqiqatçıya sanksiya tətbiq edib. apa-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının saytında qeyd olunub. Bildirilib ki, sözügedən şəxslər rusiyalı müxalifətçi Alekse

Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçü

Azərbaycan–Avropa İttifaqı münasibətlərində strateji əməkdaşlıq yeni mərhələyə keçir

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqla

Azərbaycan XİN ABŞ-ni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Amerika Birləşmiş Ştatlar

Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik

Müasir memarlığın şah əsəri olan Bakıdakı məşhur Heydər Əliyev Mərkəzi Amerika Birləşmiş Ştatlarının 250 illik yubileyi şərəfinə Amerika bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, bunu Azərbaycan Prezidentini

Türkiyənin qorxulu düşməni İrana qarşı hərəkətə keçdi – Sərhəddə SENSASİYA

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində silahlı qrupların tamamilə zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, əməliyyat İran Kürdüstanı Demokrat Partiyası ilə əlaqəli olduğu iddia edilə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe xeberler bugun 2026 son xəbərlər son.xabar