45-60 yaşlı qadınlarda qaraciyər piylənməsi riskini azaldan müalicə üsulu tapıldı

45-60 yaşlı qadınlarda qaraciyər piylənməsi riskini azaldan müalicə üsulu tapıldı45-60 yaşlı qadınlarda qaraciyər piylənməsi riskini azaldan müalicə üsulu tapıldı
Sonqyunqvan Universitetinin (Cənubi Koreya) alimləri müəyyən ediblər ki, postmenopauza dövrünü yaşayan qadınlara dəri vasitəsilə estrogenin yeridilməsi onların qeyri-alkoqol qaraciyər piylənməsi xəstəliyi riskini azalda bilər.
Tədqiqat "Scientific Reports" jurnalında dərc olunub.
Postmenopauza dövründə olan qadınlar arasında xəstəliyin yayılması 20%-i ötür.
Qaraciyər yağlanması kimi də tanınan qeyri-alkoqol qaraciyər piylənməsi (QAQP) xəstəliyi, həddindən artıq alkoqol istehlakı ilə əlaqəli olmayan qaraciyərdə piylərin yığılması ilə xarakterizə olunur. QAQP siroz və qaraciyər xərçəngi də daxil olmaqla daha ciddi fəsadlara yol aça bilər.
Menopauza dövründən əvvəl qadınlarda menopauzadan sonrakı dövrə nisbətən QAQP-a daha az rast gəlinir. Alimlər bunun estrogenlərin qoruyucu rol oynaması səbəbindən baş verdiyini güman edirdilər.
Yeni araşdırmada həkimlər menopauza simptomlarını aradan qaldırmaq üçün hormon əvəzedici terapiya alan 45-60 yaş arasında 386 postmenopauza dövründə olan qadınların məlumatlarından istifadə ediblər. Müalicə uşaqlığı olan qadınlar üçün progestogen və estrogen, uşaqlığı götürülən qadınlar üçün isə yalnız estrogendən ibarət olub. 75 qadın hormonları dəri vasitəsilə (transdermal), 293 qadın isə peroral qaydada qəbul edib.
Nəticələr, postmenopauza dövrünü yaşayan qadınlarda QAQP-nin inkişafının və ya irəliləməsinin qarşısını almaqda estrogenin dəri vasitəsilə daxilə yeridilməsi hormonların peroral qəbulundan daha təsirli ola biləcəyini göstərdi. Dəri vasitəsilə hormon daxil edilən qrupda QAQP-nin yayılması hormonları peroral qaydada qəbul edən qrupa nisbətən əhəmiyyətli dərəcədə aşağı olub.
Bunun səbəbi estrogenin peroral qəbulundan sonra qanda triqliseridlərin (QAQP riskini artıran xüsusi yağlar) səviyyəsini artırması ola bilər. Nəticələr göstərir ki, transdermal hormon terapiyası əvvəllər QAQP olan və ya onun inkişaf riski yüksək olan postmenopauza dövrünü yaşayan qadınlar üçün daha əlverişli ola bilər.
Mənbə: gazeta.ru

Maraqlı       Tarix: 23 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun