7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür - FOTO
7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür - FOTO
7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür.
Oxu.Az xatırladır ki, 1944-cü il dekabrın 7-də Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya imzalanıb.
6 dekabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən dekabrın 7-si Beynəlxalq Mülki Aviasiya Günü elan olunub.
Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib. Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də "Yunkers" təyyarəsi ilə sərnişin daşınmaları reallaşıb. Ölkədə ilk hava limanı isə 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilib və iki ildən sonra istifadəyə verilib.
1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya qrupu yaradılıb. Bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib.
1994-cü ildə Mülki Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası yaradılıb.
Prezident İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Fərmanı ilə Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. Bu mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Qeyd edək ki, hazırda "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti milli aviadaşıyıcıdır və MDB ölkələrinin ən müasir təyyarə parkına malik lider aviasiya şirkətlərindən biridir. Sərnişinlərə xidmət keyfiyyətinin yüksək standartlarına görə mülki aviasiya sənayesində qabaqcıl aviadaşıyıcılardandır.


Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR