8 peşə öyrənən əslən azərbaycanlı olan müğənni: Xəyalım tır sürücüsü olmaq idi
"13 yaşımda ailəmlə İngiltərəyə getdik. Çətin vaxtlarda orada yaşamağa başladıq. Qürbətdə idim, ingilis dilindən anlayışım yox idi. Yolları tanımırdım, avtobusa belə minə bilmirdim. Qohumlarımın sayəsində gəzirdik. Əkizlər bürcü olduğum üçün 1 il ərzində hər şeyi öyrəndim".
Azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri hazırda İngiltərədə yaşayan, əslən azərbaycanlı olan müğənni Yusuf Güney "Tam vaxtıdır" verilişində qonaq olarkən deyib. Sənətçi proqramda 8 peşə sahibi olduğunu bildirib:
"Orada oxuya bilmədim, məktəbdən çıxdım, işləməyə başladım. İlk olaraq 14 yaşımda kababçı kimi çalışdım. Sonra sıxıldım, dedim ki, gün ərzində adam 16-17 saat işləməz. Riçard adlı ingilis var idi. Fabrikaların birində forklift (kiçik yükqaldırma texnikası) ustası işləyirdi. Məni yanında işə götürdü. Forklift ustası, operator oldum. Daha sonra tikinti qülləli kranda operator kimi işə başladım. Limanlarda yükləri gəmilərə yükləyirdim. Bir müddət sonra məqsəd qoydum ki, tır sürücüsü olacağam. Xəyalım tır sürücüsü olmaq idi. İngiltərədə həmin işdə yaxşı pul var. Bunun üçün 21 yaşımın tamam olmasını gözləyirdim. 3 il ərzində paxlava ustası, italyan mətbəxi şefi kimi çalışdım. Dönər fabrikasında ətləri şişə də yığdım. Hər şeydən az da olsa keçdim. Həyatı kiçik yaşlarda öyrəndim. Yaxşı ki, belə oldu. Çünki insan dırnaqları ilə bir pilləyə çatanda aldığı evi, avtomobili daha dəyərli olur".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər