92 yaşlı Xalq şairi: "Həkimdən qorxurdum, səhv edib, yubatdım"
"Dünyaya gözüm sanki yenidən açıldı".
KONKRET.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib.
Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə bir müddət əvvəl gözündən əməliyyat olunub. Şair iki ildən çox göz problemi yaşadığını söyləyib:
"Hazırda çox yaxşıyam. Təcrübəli həkim məni sağaltdı. Əməliyyat heç 20 dəqiqə çəkmədi. Daha sonra dərhal evə buraxıldım. Dünyaya sanki yenidən gəldim.
İki ildən çox idi ki, bir gözümə tor gəlmişdi. Ətrafı tor kimi görürdüm. Həkimə müraciət etmirdim. Öz-özümə deyirdim ki, yavaş-yavaş açılar. Lakin açılmadı. Yaş da öz sözünü dedi. Açığı, mən həkimdən qorxurdum. Səhv edib, yubatdığımı düşünürəm. Məsləhətim odur ki, hər kəs yaxşı həkimə getsin".
Xalq şairi sonda yaradıcılığını davam etdirdiyini əlavə edib:
"Qəzetlərdə poemalarım, şeirlərim çıxır. Yaradıcılıq olmadan şair yaşaya bilməz. Onsuz yaşamaq olmur. Maraqlandığınız üçün də təşəkkür edirəm".
Qeyd edək ki, 92 yaşlı Nəriman Həsənzadə 2005-ci ildə "Xalq şairi" adına, 2017-ci ildə Heydər Əliyev mükafatına layiq görülüb. 2010-cu ildə "İlin şairi" mükafatını alıb. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunub.

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı