Abbas Əraqçi: Azərbaycan və digər 6 region ölkəsinin səylərini yüksək qiymətləndiririk
İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycan və 6 region ölkəsinin bölgədə yaranmış gərginliyin aradan qaldırılması üçün səylərini yüksək qiymətləndirib, Tehran və Vaşinqton arasında danışıqları təşviq etmək yönündə rollarının önəmli olduğunu vurğulayıb.
İran XİN başçısı deyib ki, region ölkələri ilə məsləhətləşirlər, bu ölkələr özləri kömək etməyə çalışırlar.
Abbas Əraqçi Azərbaycan, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir prezidentlərinin İran Prezidenti Məsud Pezeşkianla telefon danışıqlarının olduğunu xatırladıb: "Region ölkələrinin xarici işlər nazirləri ilə də çoxsaylı telefon danışıqlarım olub və olacaq. Biz region ölkələrinin xoşməramlılığına və səmimi səylərinə hörmətlə yanaşırıq. Bu ölkələrin gərginliyin azaldılmasında, ekstremal tədbirlərin qarşısının alınmasında və tərəfləri danışıqlara təşviq etməkdəki rolları çox təsirli olub. Region dövlətlərinin danışıqları dəstəkləməsi çox yaxşıdır və biz region ölkələri ilə məsləhətləşmələri davam etdirəcəyik".
İran XİN başçısı region dövlətlərinin səylərinin İran-ABŞ danışıqlarında nəticə əldə edilməsində və əldə olunan razılaşmanın davamlılığında əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb.
Abbas Əraqçi İranın strateji tərəfdaşları olan Çin və Rusiya ilə də məsləhətləşmələri davam etdirdiklərini söyləyib: "Dünən müavinim Çin və Rusiya səfirləri ilə görüşdü. Biz onları danışıqların təfərrüatları, gedişatı barədə məlumatlandırdıq və onlarla məsləhətləşmələri davam etdirəcəyik".
///apa / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq