Abdullah Öcalan nə vaxt azadlığa çıxacaq? - PKK lideri ilə bağlı İLGİNC DETALLAR
Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının üzvləri İmralı adasında həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb. Bəs, bu səfərin ictimai və siyasi dairələrdə hansı reaksiyalara səbəb olacağı gözlənilir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, tamamilə aydın bir perspektivdən baxsaq, bu görüş Türkiyə dövlətinin gücünü və siyasi balansını daha da ortaya qoyur.
"İmralı adasında Abdullah Öcalanla görüş yalnız TBMM-nin siyasi mexanizmlərindən istifadə ilə həyata keçirilə biləcək bir addımdır və bu, həm də Türkiyənin qanun çərçivəsində hərəkət edə biləcəyini göstərir. Yəni, heç bir xarici təsir olmadan, daxili siyasi platformada məsələni idarə etmək gücünü nümayiş etdirir".
Politoloq qeyd edir ki, ictimai və siyasi dairələrdə reaksiyalar isə qismən qarışıq olacaq:
"Bir tərəfdən, sülh və dialoqa üstünlük verən dairələr bu görüşü müsbət qiymətləndirəcək və "Türkiyə problemi özü həll etməyə çalışır" kimi oxuyacaqlar. Digər tərəfdən, radikal və təhlükəsizlik mərkəzli baxışa malik olanlar "Öcalanla görüş siyasi riskdir, legitimliyi artırır" deyə tənqid edəcəklər. Bu, xüsusilə millətçi və təhlükəsizlik yönümlü qanadın narazılığına səbəb olacaq".
T.İsmayılov vurğulayır ki, bu görüşün özü Öcalanın azadlığa çıxacağı anlamına gəlmir.
"Görüş daha çox "dialoq və siyasi həll imkanlarının araşdırılması" səviyyəsindədir. Türkiyə dövləti öz təhlükəsizlik və qanun çərçivəsini pozmadan, prosesi nəzarətdə saxlamaqda çox ağıllı davranır.
Görüş siyasi və ictimai mesajdır, Öcalanın azadlığı hələlik gündəmdə ciddi perspektiv deyil, amma dövlətin öz siyasətini və qanuni çərçivəsini güclü şəkildə qoruya biləcəyini göstərir".
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib