Abituriyentlər 55 manat xərcləməlidir - Qiymət niyə bahadır? - VİDEO

Abituriyentlər 55 manat xərcləməlidir - Qiymət niyə bahadır? - VİDEO3-cü ixtisas qrupu üzrə keçirilən sınaq imtahanlarında iştirak üçün bəzi abituriyentlər əlavə ödəniş etməlidirlər. Çünki, coğrafiya fənnindən əlavə imtahana görə də ayrıca ödəniş tələb olunur. İmtahanlarda iştirak üçün tələb olunan ödənişlərin yüksək olması abituriyentlərin haqlı narazılığna səbəb olub. Ekspertlər deyirlər ki, sınaq imtahanlarının əlçatan olmaması abituriyentləri çətin duruma salır.
Azxeber.com xəbər verir ki, 3-cu ixtisas qrupuna hazırlaşan abituriyentlər sınaq imtahanlarında coğrafiya fənnindən əlavə imtahan üçün daha 15 manat ödəməlidirlər. Sınaq imtahanlarında iştirakın 40 manata başa gəldiyini nəzərə alsaq ümumilikdə ödənilən məbləğ 55 manata çatacaq.
Dövlət imtahan mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə deyib ki, imtahanda iştirak etmək üçün tələb olunan ödənişin məbləği mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər ətraflı şəkildə araşdırıldıqdan sonra müəyyən edilir. Mətbuat katibi qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi Nizamnaməyə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.
Təhsil eksperti Kamran Əsədov deyir ki, qəbul imtahanlarından fərqli olaraq sınaq imtahanları az xərc tələb edir. Onun sözlərinə görə sınaq imtahanları üçün tələb edilən məbləğ çoxdur. Təhsil eksperti bildirir ki, sınaq imtahanlarının bəzi abituriyentlər üçün əlçatan olmaması qəbul imtahanlarındaki nəticələrə də təsir edir.
Abituriyentlər də sınaq imtahanları üçün tələb olunan qiymətlərdən narazıdılar.
Qəbul imtahanlarına gəldikdə isə dövlət imtahan mərkəzindən bildirildi ki, burada qiymətlər tarif şurası tərəfindən müəyyənləşir. Hazırda bununla bağlı dəyişiklik yoxdur. Qeyd edək ki, III ixtisas qrupunda DT və ya TC altqrupu üzrə sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.

Sosial       Tarix: 02 dekabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou xeber saytlari son xeber az ensonxeberler