Abonent "Azərsu"yun əməkdaşını DÖYDÜ

Abonent Bəzi abonentlər xidməti vəzifələrini yerinə yetirən "Azərsu" ASC-nin əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyublar.
Bu barədə KONKRET.az-a "Azərsu" ASC-dən məlumat verilib.
Bildirilib ki, abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəzi abonentlər hələ də göstərilən xidmətlərə görə ödəniş etmək istəmir.
Ağdam və Füzuli rayonlarında "Azərsu" ASC-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən təhqir və fiziki təzyiqlə üzləşiblər.
Ağdam rayonu Quzanlı qəsəbəsində ayrı-ayrı təsərrüfatlarda yaşayan Zaur Quliyevin 340 manat, Zamin Quliyevin 488 manat 45 qəpik, İlqar Quliyevin 351 manat borcu, Qaytaran Quliyevin adına olan abonent kodu üzrə isə 415 manat 90 qəpik debitor borc yaranıb.
Həmin abonentlərlə dəfələrlə fərdi söhbətlər aparılıb və ödəniş olunmasının vacibliyi diqqətlərinə çatdırılsa da, buna əhəmiyyət verməyiblər və ödəniş etməyiblər. Ağdam Sukanal Sahəsinin mühəndisi Etiqad Səmədli borc ödənilməyəcəyi təqdirdə suyun kəsiləcəyi ilə bağlı sonuncu dəfə bildiriş təqdim edərkən həmin abonentlər tərəfindən fiziki təzyiqlərə məruz qalıb.
Füzuli rayonunun Horadiz şəhərində isə yerli sukanal idarəsinin əməkdaşı Nəbi Abbasov xidməti vəzifəsini yerinə yetirərkən abonent Cavid Xalyəddinovun ağır təhqirlərinə məruz qalıb. Horadiz şəhər sakini C.Xalyəddinov 303 manat borcunu ödəməkdən imtina edib və onunla aparılan maarifləndirici söhbət  xoşagəlməz sonluqla nəticələnib.
Hər iki faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
"Azərsu" ASC-nin bildiriş təqdim edən əməkdaşları xidməti vəzifələrini yerinə yetirir və onlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə, "Azərsu" ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.  "Azərsu" ASC bir daha istehlakçıların diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır.
Abonentlərin diqqətinə çatdırırıq ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu hissə-hissə ödəyə bilər", – qurumdan bildirilib.

Hadisə       Tarix: 23 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild


son xeberler yeni xeberler azerbaycan xeberleri maşın realiti şou sonxəbərlər valyuta mezenesi azerbaycan son xeber bugun