ABŞ Çinin 4 telekommunikasiya şirkətini lisenziyalarının ləğvi ilə hədələyib
ABŞ rəsmiləri Çinin dörd telekommunikasiya şirkətini ölkədə fəaliyyət göstərmək üçün verilən lisenziyadan məhrum edəcəkləri ilə hədələyib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ-ın Federal Rabitə Komissiyası bu firmalara məktub göndərərək, onlardan "Çin hökumətinin təsiri və nəzarəti altında olmadıqlarını" nümayiş etdirmələrini tələb edib. Qurum qərarı mətbuata açıqlamasında bildirib.
Sənəddə göstərilir ki, komissiya məhkəməsi "China Telecom Americas", "China Unicom America", "Pacific Networks" və "ComNet" şirkətinə təsir göstərməyə çalışır. "Sərəncam tələb edir ki, bu şirkətlər onların ABŞ-da fəaliyyətinə verilmiş icazələrin komissiya tərəfindən ləğvinə əsas yaranmaması üçün izahat gətirsinlər", - press-relizdə belə deyilir.
Komissiyanın rəhbəri Acit Pay bildirib ki, hazırkı addım komissiyanın, ayrı-ayrılıqda ədliyyə, daxili təhlükəsizlik, müdafiə, ticarət nazirlikləri, həmçinin ABŞ Dövlət Departamenti və ticarət danışıqlarındakı Amerika aparatının nümayəndəliyinin "dərin narahatlığını" əks etdirir.
Adıçəkilən dörd firmaya komissiyaya cavab hazırlamaları üçün 30 gün vaxt verilib.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar