ABŞ-da nə baş verir? - Bu dəfə konqresmen Perrinin telefonu ələ keçirildi
Xəbər verdiyimiz kimi, dünən FTB əməkdaşları ABŞ-ın keçmiş prezidenti Donald Trampın evinə basqın edib. Məxfi sənədlərin axtarıldığı əməliyyatdan sonra ABŞ-da daha bir diqqətçəkən hadisə baş verib. Bu dəfə Pensilvaniya ştatının nümayəndəsi, respublikaçı konqresmen Skott Perrinin telefonu FTB əməkdaşları tərəfindən ələ keçirilib.
KONKRET.az xəbər verir ki, bu darədə konqresmen "CBS News"a məlumat verib:
"Bu səhər ailəmlə səyahət edərkən üç FTB agenti mənim mobil telefonumu müsadirə etdi".
FTB əməkdaşlarının vəkili ilə əlaqə saxlamadığını qeyd edən Perri telefonunun əlindən alındığı zaman təəccüblənmədiyini, əksinə, qəzəbləndiyini bildirib.
"Belə "banan respublika"sı taktikaları hər bir vətəndaşı narahat etməlidir", – deyə Perri hadisəyə münasibət bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Tramp dünən verdiyi yazılı açıqlamada Floridadakı malikanəsində FTB agentləri tərəfindən axtarış aparıldığını deyib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?