ABŞ-dan Türkiyə və Rusiyaya qarşı ŞOK ADDIM - Bayden İMZALADI
ABŞ Prezidenti Co Bayden müdafiə xərclərinə 768 milyard dollar ayırmağa icazə verən Milli Müdafiə Səlahiyyətləri Aktını (NDAA) təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
768.2 milyard dollarlıq büdcənin 740 milyardı Müdafiə Nazirliyi (Pentaqon), 27.8 milyard dolları Energetika Nazirliyi daxilində müdafiə xərcləri və 0.4 milyard dolları isə digər müdafiə xərcləri üçün nəzərdə tutulub.
NDAA dekabrın 7-də Nümayəndələr Palatası, dekabrın 15-də Senat tərəfindən ratifikasiya edilib.
Ukraynaya hərbi yardımın həcminin 250 milyon dollardan 300 milyon dollara qədər artırılan Avropa Rusiya təhlükəsinin qarşısının alınması təşəbbüsünə 4 milyard dolların ayrılması, Baltikyanı ölkələrə isə 100 milyon dollar hərbi dəstəyin verilməsi qərara alınıb.
Sakit okean bölgəsində Çinə qarşı mübarizə üçün 7.1 milyard dollar ayırılıb. Bununla yanaşı, Çində uyğurların zorla işlədildiyi müəssisələrin məhsullarının alınması qadağan olunub.
Bundan başqa, "ABŞ-Yunanıstan Müdafiə və Parlamentlərarası Tərəfdaşlıq Aktı" adlı qanun layihəsi NDAA-ya əlavə edilib. Qanun Yunanıstanın hərbi modernləşdirilməsinə hərtərəfli dəstək verilməsini, yeni Amerika hərbi texnikalarının satışının təsdiqlənməsini və sürətləndirilməsini, Cənubi Kipr-Yunanıstan-İsrail-ABŞ əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
NDAA-da İraq və Suriya ilə bağlı bir neçə məqam var. Türkiyənin dəfələrlə etiraz etməsinə baxmayaraq, PKK terror təşkilatına maddi-texniki dəstəyin davam etdirilməsi də qanunda yer alıb.
ABŞ-ın YPG/PKK terror təşkilatına, eləcə də İraq təhlükəsizlik qüvvələrinə dəstəyin davam etdirilməsini təklif edən qanun ABŞ Prezidenti Baydendən Suriya ilə bağlı hərtərəfli strategiya təqdim etməsini tələb edilir. Eyni zamanda, qanun Bəşər Əsədin Suriyadakı gəlir mənbələrinin ABŞ Dövlət Departamenti tərəfindən araşdırılmasını nəzərdə tutur./teleqraf/

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı