ABŞ-də heyvan hüquqları ilə bağlı çağırışa gələn polislər azyaşlını görüb şoka düşdülər - FOTO/VİDEO
ABŞ-də heyvan hüquqları ilə bağlı çağırışa gələn polislər azyaşlını görüb şoka düşdülər - FOTO/VİDEO
ABŞ-də evlərin birində 300 siçovulun arasında olan uşaq tapılıb. Bundan sonra uşağın anası həbs olunub.
Qorxunc hadisə Florida ştatında baş verib.
Hüquq mühafizəçilərinin sözlərinə görə, onlar heyvanlara qarşı qəddarlıqla bağlı şikayəti araşdırmaq üçün Şennon Morqanın ünvanına gəliblər. Polislər hadisə yerinə gələndə ətrafda kəskin ammonyak iyi hiss ediblər. Mənzilə girdikdə isə gördükləri mənzərədən şoka düşüblər. Hər yer zibil və çürüntü ilə dolu olub, ətrafda tarakanlar, milçəklər və digər həşəratlar qaynaşıb. Digər otaqda isə zibil və yüzlərlə siçovulun əhatəsində oturmuş kiçik uşaq tapılıb.
Evdə həmçinin yeddi pişik, bir it və bir gəlincik olub.
"Nə uşaqlar, nə də heyvanlar belə bir mühitdə yaşamamalıdırlar", - deyə gördüyü mənzərədən təəssüflənən polis bildirib.
Qadına qarşı amansızlıq və zorakılıq maddəsi ilə cinayət işi açılıb.


Mənbə: Daily Mail / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR