ABŞ-də insanların keçmişinə görə 80 quşun adı dəyişdirilir - FOTO
ABŞ-də insanların keçmişinə görə 80 quşun adı dəyişdirilir - FOTO
ABŞ Ornitologiya Cəmiyyəti (AOS) quşlara insanlarla əlaqəli ad verməyi dayandıracağını açıqlayıb.
Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Bildirilir ki, gələn il AOS ABŞ və Kanadada tapılan təxminən 80 quş növünün adını dəyişməyə başlayacaq.
AOS qeyd edib ki, onlar hər bir işə ayrı-ayrılıqda baxmayacaqlar, ümumi prinsip əsasında hərəkət edəcəklər.
Yeni adlar alacaq quşlar sırasına 19-cu əsrin təbiətşünası Aleksandr Uilsonun adını daşıyan Uilson qamışquşu ("Wilsons warbler") və Uilson cüllütü ("Wilsons Snipe") daxildir. Görkəmli ABŞ təbiət tədqiqatçısı və rəssamı Con Ceyms Odyubonun adını daşıyan Odyubon fırtınaquşunun ("Audubons shearwater") da adı dəyişdiriləcək.
"Adda güc var və bəzi ingilis quş adları bu gün də zərər verən keçmişlə əlaqələndirilir. Quşları sevən və onlara qayğı göstərən hər kəs onlardan həzz almaq və öyrənməkdə azad olmalıdır", - deyə AOS prezidenti Kollin Handel bildirib.
Quşların adının dəyişdirilməsi və insanlarla əlaqəli adların verilməsindən imtina edilməsi müəyyən quş növlərini kəşf etmiş bəzi tədqiqatçıların tərcümeyi-halından gələn faktlarla bağlıdır. Məsələn, 18-19-cu əsrlərdə yaşamış Con Ceyms Odyubonun şəxsiyyəti ilə bağlı iddialar onun ailəsinin keçmişdə kölə sahibi olması ilə əsaslandırılır.


Mənbə: Gazeta.ru / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR