ABŞ-də test zamanı bir milyon dollarlıq superkar darmadağın oldu - FOTO
ABŞ-də test zamanı bir milyon dollarlıq superkar darmadağın oldu - FOTO
ABŞ-nin "Gunther Werks" şirkəti tərəfindən "Laguna Seka" trekində həyata keçirilən sınaqlar zamanı 750 at qüvvəsinə malik yeni restomod - "Porsche 993"ün prototipi məhv olub.
Bu barədə şirkətin özündən xəbər verilib.
Bildirilib ki, avtomobilin qiyməti təxminən bir milyon dollardır.
Qeyd edək ki, restomod klassik avtomobilin tarixi görünüşünün maksimum saxlanılması şərti ilə digər texniki xüsusiyyətlərinin modernləşdirilməsidir.
"Təəssüf ki, "GW" prototipinin trekdən çıxması və əhəmiyyətli zərər görməsi səbəbindən sınaqların ikinci günü vaxtından əvvəl başa çatıb. Bununla belə, məqsədə çatdıq, dövrəvi nəticələr müəyyən etdik. Hazırda avtomobil təmir edilir, biz isə dərsimizi aldıq", - deyə şirkətdən bildirilib.
İddialara görə, avtomobili 24 saatlıq Le Man, 24 saatlıq Daytona və 12 saatlıq Sebrinq marafonlarında qalib gələn "Porsche" sürücüsü Patrik Lonq idarə edib. Lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.
Mənbə: "Road and Track" / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR