ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında erməni izi

ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında erməni iziABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatını açıqlayıb. Lakin təəssüflər olsun ki, hesabatın Azərbaycana aid hissəsi gözlənildiyi kimi, əsassız, reallıqla heç bir əlaqəsi olmayan qərəzli iddialarla doludur.
Bu, ABŞ Dövlət Departanmentinin ənənəvi mövqeyi olduğundan burada təəccüblü heç nə yoxdur.
Lakin söhbət ondan gedir ki, ABŞ-ın dünyada dini və milli tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanın belə qondarma iddialarla ittiham etməyə nə siyasi, nə də mənəvi haqqı yoxdur. Çünki planetin bütün nöqtələrində çoxsaylı müharibə və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə və səfalət içində yaşamasına səbəb məhz ABŞ və onun siyasətidir.
Əsrlərdən bəri bu ölkədə həyata keçirilən milli, dini və irqi diskriminasiya həm tarixin aynasında, həm də müasir reallıqlar kontekstində çox aydın görünür.
Hesabatın qeyri-obyektivliyinə və qərəzli olmasına dəlalət edən digər mühüm faktor onun Azərbaycana aid olan hissəsisinin dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan adlanan bir erməni "xanımı" tərəfindən hazırlanmasıdır.
Amerika Erməni Assambleyasının rəhbər şəxslərindən biri olan bu "xanım" vaxtilə Livanın Los Ancelesdəki konsulluğunda işləyib. "Foreign influence laws"ın qənaətinə görə, başqa bir ölkədə çalışmış şəxsin ABŞ-da fəaliyət göstərməsi, ələlxüsus da ölkənin xarici siyasətinin müəyyənləşməsində iştirakı qeyri qanunidir.
Ən maraqlısı isə hesabatdakı kəskin antiAzərbaycan mövqenin daha çox 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatı sonrası yaranmış vəziyyətə əsaslanmasıdır. Lakin həmin ərazilərin 30 il ərzində ermənilər tərəfindən işğal altında saxlanması, yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, maddi-mədəni abidələrimizin – 60 dan artıq məscidin, onlarla muzeyin, saysız-hesabsız memarlıq və sənət əsərlərinin məhv edilməsi nədənsə diqqətdən kənarda qalır.
Hesabatın məzmunu və mahiyyəti göstərir ki, bu dırnaqarası sənəd dini və irqi ayrıseçkiliyi aradan qaldırmaq deyil, onu daha da dərinləşdirmək və dünya ictimaiyyətinin gözündə bir növ legitimləşdirmək məqsədi daşıyır.
Üstəlik, hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, "Abzas media" və s. kimi sırf hüquqi işlərin də daxil edilməsi də onun siyasi xarakterli olmasından xəbər verir. Odur ki, ABŞ Dövlət Departanmentinin hesabatı qurumun hadisələrə və proseslərə münasibətdə qərəzli, ikili standartlara söykənən və ədalətsiz mövqeyini növbəti dəfə ortaya qoyub.
Lakin haqlı olaraq nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı "hesabat" adı ilə təqdim olunan bu tipli cızmaqaraları ciddiyə almır və qətiyyətlə rədd edir. Çünki Azərbaycan dövlətinin siyasəti həmişə milli maraqlara, dinindən, milliyyətindən və irqindən asılı olmayaraq bütövlükdə xalqın maraqlarına xidmət edib və inamla deyə bilərik ki, bundan sonra da belə olacaq.
Fərid Şahbazlı,
Siyasi şərhçi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü / azxeber.com

Sosial       Tarix: 06 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler maliyye xeberler bugun son xəbərlər bugün 2026 dunyada son xeberler