Yayın istisində işıqsız qalan Binə sakinləri: 'Problem nə zaman həll olunacaq?
Bakının Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri işıqların tez-tez sönməsindən narazıdırlar.
azxeber.com xəbər verir ki, Oxu.Az-a daxil olan müraciətdə bildirilir ki, qəsəbənin Südçülük massivində elektrik enerjisinin tez-tez kəsilməsi problem yaradır.
"Yayın istisində gah günorta, gah da gecə saatlarında işığı kəsirlər. Heç bir səbəb də göstərən yoxdur. Elektrik avadanlıqlarından da normal istifadə etmək olmur."
Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib ki, son bir ildə Binə qəsəbəsində bir ədəd 35 kV-luq yarımstansiya yenidən qurulub və əlavə olaraq 10 ədəd yeni güc mərkəzi - transformator quraşdırılıb.
"22 min metr 04 kV-luq, 20 min metr isə yüksək gərginlikli xətt çəkilib. 300-dək yeni dayaq basdırılıb. Şikayətçinin qeyd etdiyi ərazidə hazırda yenidənqurma işləri gedir və proses 4-5 gün ərzində tam yekunlaşacaq. Görülən işlərlə əlaqədar bəzən enerjinin verilməsində planlı fasilə yaranır. İşlər yekunlaşdıqdan sonra problem tam həllini tapacaq", - deyə məlumatda vurğulanır.

Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Paşinyana kritik zəng gəldi: əsl kino başlayır
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - TƏBİB yaralıların vəziyyətini açıqladı
İngiltərədən İrana savaş mesajı verildi: "Hazırıq!"
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
Ermənistanda istehsal edilən məhsullara Rusiyadan yeni qadağa
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb
Sumqayıtda dənizdə FACİƏ: Üç nəfər batdı
Rusiyanın bu hava limanı bağlandı
Zakir Həsənov Pakistana başsağlığı verdi
Azər Əmirov: Əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi gündəmdə deyil
Azərbaycan kartofdan milyonlar qazandı - RƏSMİ
Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı
Günel Nəbiyeva: Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik də bizim əsas prioritetlərimizdəndir
Moody"s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqlədi