Manat-dollar məzənnəsinin dəyişməsi ilə bağlı MÜHÜM AÇIQLAMA: Risklər kimin üzərinə düşəcək?

Manat-dollar məzənnəsinin dəyişməsi ilə bağlı MÜHÜM AÇIQLAMA: Risklər kimin üzərinə düşəcək?"2025-ci il avqustun 1-dən etibarən Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün valyuta risklərini minimuma endirəcək yeni maliyyə aləti tətbiq olunacaq".
Bu barədə iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında məlumat verib.
Manat-dollar məzənnəsinin dəyişməsi ilə bağlı MÜHÜM AÇIQLAMA: Risklər kimin üzərinə düşəcək?Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən təqdim ediləcək və geri çağırılmayan forvard müqaviləsi əsasında işləyəcək valyuta hedcinq (hedging) aləti xarici valyutada alınan kreditlərin manata çevrilməsi zamanı yaranan riskləri aradan qaldırmağa imkan verəcək. Yeni mexanizm xüsusilə kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub və onların ucuz maliyyə resurslarına çıxışını asanlaşdıracaq.
Ekspert qeyd edib ki, əgər bir bank və ya şirkət xarici maliyyə bazarlarından dollar və ya avro ilə vəsait cəlb edərsə, bu vəsaiti Mərkəzi Bank vasitəsilə manata çevirərək yerli sahibkarlara təqdim edə biləcək. Bu zaman manat-dollar məzənnəsinin dəyişməsi ilə bağlı risklər Mərkəzi Bankın üzərinə düşəcək.
"Əsas məsələ manatın dollara qarşı dəyişmə ehtimalıdır. Dolların digər valyutalara qarşı dəyəri burada rol oynamır. Yeni alət bu riski siğortalamaqla sahibkarların yükünü azaldır", – deyə Xalid Kərimli vurğulayıb.
O, əlavə edib ki, proqram 3 il müddətinə, 600 milyon dollarlıq limit çərçivəsində həyata keçiriləcək.
"Hər bir bank və BOKT üçün müəyyən kvotalar ayrılacaq. Kreditlər birillik veriləcək və Mərkəzi Bankın onları uzatmamaq hüququ olacaq. Bu, idarə olunan risk mexanizmidir.
Bu alət sayəsində banklar valyuta riskindən azad olacaq və xarici bazarlardan vəsait cəlbinə daha açıq davranacaqlar. Proqram çərçivəsində Mərkəzi Bank da gəlir əldə edəcək. Bu gəlir 3 faizə qədər ola bilər".
Qeyd edək ki, 2015–2016-cı illərdə Azərbaycanda baş verən devalvasiyalardan sonra valyuta ilə kredit götürmək riskli hesab olunurdu. Yeni hedcinq aləti bu risklərin azaldılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 02 avqust 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Köhnə binalardakı mənzillərin qiyməti qalxdı

Bakı şəhərində köhnə tikili mənzillər 2026-cı ilin oktyabrında ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 10,8 faiz bahalaşıb. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) daşınma

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva noyabrın 3-də Fəxri xiyabanı ziyarət edib. xəbər verir ki, ombudsman Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzar

Azərbaycanda bu fond ləğv olunur

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur. KONKRET.azəbər verir ki, bu, "Tullantılar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyya

Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək

Avtomobillərin Bakıda ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan haqq dövlət büdcəsinə ödəniləcək. xəbər verir ki, bu, "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəy

Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə qiymətləndirmə çərçivəsi təqdim edilib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə

Cəlilabadda ağır qəza: Xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəza rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2106 və VAZ-21011 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsind

Masallıda itkin düşən şəxs Bakıda tapıldı

Masallı rayonunda 15 yaşlı şəxsin itkin düşməsi ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb. -a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yeniyetməni

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. KONKRET.azxəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütü


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber son xeberler bugun 2026 canli xeber.az bu gun cəbhədən ən son xəbər