Bu şəxslər üçün KREDİT İMKANLARI YARADILIR

Bu şəxslər üçün KREDİT İMKANLARI YARADILIR2025-ci il avqustun 1-dən etibarən Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün xarici valyutada kreditləri manata çevirmək və valyuta risklərini aradan qaldırmaq üçün yeni maliyyə aləti tətbiq ediləcək.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Referans-ın suallarını cavablandırarkən bildirib ki, bu, Mərkəzi Bank tərəfindən təqdim olunacaq və geri çağırılmayan forvard müqaviləsi əsasında işləyəcək valyuta hedcinq (hedging) alətidir. Alət sahibkarlara xarici kreditləri manatla reallaşdırmaq imkanı yaradacaq.
Ekspert onu da deyib ki, əgər bir şirkət və ya bank xaricdən dollar və ya avro ilə kredit cəlb edərsə, həmin vəsaiti Mərkəzi Bank vasitəsilə manata çevirib yerli sahibkarlara təqdim edə biləcək. Bu zaman məzənnə dəyişməsi ilə bağlı risklər Mərkəzi Bank tərəfindən qarşılanacaq. Yeniliyin əhəmiyyəti və üstünlükləri – Azərbaycanda 2015–2016-cı illərdən sonra valyuta ilə kredit götürmək riskli hesab olunurdu və bu sahədə ciddi çəkinmələr vardı. İndi isə hedcinq aləti sayəsində bu risklər aradan qalxır.
İqtisadçı bildirib ki, ⁠yeni mexanizm xüsusən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub və məqsəd onları daha ucuz maliyyə resursları ilə təmin etməkdir. Banklar valyuta riskindən azad olur, bu da onları xarici bazarlardan vəsait cəlbinə daha açıq edir.
Xalid Kərimlinin sözlərinə görə, bu proqram Mərkəzi Bank tərəfindən 600 milyon dollarlıq limit çərçivəsində, 3 il müddətinə həyata keçiriləcək. Banklara və BOKT-lara müəyyən kvotalar ayrılacaq.
Faizlər azalacaqmı?
Bəli, yeni mexanizm kredit faizlərinin də azalmasına səbəb olacaq. Belə ki, banklar xarici bazarlardan daha aşağı faizlə borc alıb, valyuta riskini Mərkəzi Bankın təqdim etdiyi alətlə sığortalayaraq, manatla və daha münasib şərtlərlə kredit verə biləcəklər. Hədcləmə xidmətinin təqribən 3% komissiya ilə təqdim olunacağı gözlənilir ki, bu da əvvəlki dövrlərlə müqayisədə daha ucuzdur.
İnflyasiya və məzənnəyə təsiri varmı?
"Mərkəzi Bank bu alətin manatın məzənnəsinə və inflyasiyaya təsir göstərməyəcəyini bəyan edib. Kreditlər manata çevrildikdən sonra iqtisadiyyata daxil ediləcək və paralel olaraq valyuta ehtiyatları tənzimlənəcək. Yəni sistemdə ani dəyişiklik olmayacaq. Nəticə: Bu alət həm maliyyə institutları üçün əlavə qazanc və dayanıqlılıq, həm də sahibkarlar üçün daha əlçatan kredit imkanı yaradır. Eyni zamanda ölkənin investisiya reytinqinin artması və xaricdən maliyyə axınının stimullaşdırılması baxımından da önəmli addımdır",- deyə ekspert əlavə edib.

Sosial       Tarix: 01 avqust 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlon Maskın 2036 proqnozu müzakirə yaratdı - Pul yox olacaq?

İqtisadçı Eldəniz Əmirov "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskın son açıqlamalarını şərh edərək, onun 2036-cı ildə pulun böyük ölçüdə əhəmiyyətini itirəcəyi ilə bağlı proqnozunu əsassız adlandırıb

Neft bahalaşdı: Brent 96 dolları keçdi

Dünya bazarında neftin qiyməti yüksəlişini davam etdirərək 96 dollar həddini keçib. KONKRET.azxəbər verir ki, Londonun "ICE" birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2,08 ABŞ dolları (2,21%

Magistraturaya qəbul planı artan və azalan universitetlər - SİYAHI

2026-cı il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında bir sıra universitetlər üzrə artım, bəzilərində isə azalma qeydə alınıb. -un məlumatına görə, 2025-ci illə müqayisədə ən böyük say artım

Kürdəmirdə zəncirvari yol qəzası olub, bir nəfər ölüb

Kürdəmirdə baş verən qəzada ağır xəsarət alanlardan biri vəfat edib. xəbər verir ki, rayonun Yeni Şıxımlı kənd sakini, 1992- ci il təvəllüdlü Kamran Nadir oğlu Məmmədov xəstəxanada vəfat edib. /apa

Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları

Yayın gəlişi, qovurucu istilər və artan fiziki aktivlik hər kəsin ortaq problemi olan tərləmə mövzusunu da gündəmə gətirir. Təbii olaraq, bu aylarda kosmetika mağazalarının rəflərindəki antiperspirant və dezodorantlara tələba

Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı

Qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. xəbər verir ki, birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslər

Dünya bazarında neft ucuzlaşdı

Dünya əmtəə bazarlarında neft qiymətlərində eniş müşahidə olunur. xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,41 ABŞ dolları (0,49 faiz) azalaraq bir barel üçün 82,8

Qəbələdə açıq sahədə yanğın baş verib

Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib. xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub

Bakıda yeni dərs ilindən saatlar BELƏ OLACAQ -TƏFƏRRÜAT

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsin


son xeberler azerbaycan xeberleri yeni xeberler hava cəbhədən xəbər beynelxalq bank mezenne son.xeberler