ABŞ heç də Rusiya-Ukrayna müharibəsini bitirmək istəmir: Trampın əsas məqsədi budur - GİZLİ SSENARİ

ABŞ heç də Rusiya-Ukrayna müharibəsini bitirmək istəmir: Trampın əsas məqsədi budur - GİZLİ SSENARİ"Donald Trampın Ukraynanın ABŞ-dan 50 milyardlıq silah istəməsi təklifini rədd etməsi ABŞ-Rusiya, ABŞ-Ukrayna danışıqları ilə əlaqəlidir. Atəşkəsi təmin etmək və sülh prosesini başa vurmaq istəyən qlobal vasitəçi dövlət təbii ki, indiki vəziyyətdə tərəflərin heç birinə silah satışı ilə bağlı qərar qəbul edə bilməz. Çünki bu, tərəfsizliyin pozulması demək olacaq".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Natiq Miri səsləndirib.
ABŞ heç də Rusiya-Ukrayna müharibəsini bitirmək istəmir: Trampın əsas məqsədi budur - GİZLİ SSENARİ"Ortada konkret heç bir danışıqlarda müsbət nəticə olmadığı, üstəlik, atəşkəsin də tamamilə pozulduğu vəziyyət var. Belə vəziyyətdə ABŞ-ın niyə silah satışından imtina etməsi anlaşılandır. Çünki vasitəçilik missiyası daşıyır. Bu baxımdan, qeyd olunan məsələ başadüşüləndir. Digər tərəfdən, hazırda Rusiyanın müəyyən mənada hərbi üstünlüyünə və mülki obyektlərə yönəlik bombardmanlarına ABŞ rəhbərliyinin göz yumması dolayısı ilə həm də Ukraynanı çox rahatlıqla ram etmək siyasətinə hesablanıb. Çünki Ukrayna hələ də özünün milli maraqları kontekstində çıxış edir. Rusiyanın işğal etdikləri əraziləri tanımayacağını bildirir. Milli maraqlara söykənməyən heç bir sülh sənədini qəbul etməyəcəyini bəyan edir. ABŞ tərəfi isə bu cür dirənişin qırılmasında gizli də olsa maraqlıdır. Məsələn, zaman-zaman Rusiya silahları vasitəsilə Ukrayna dövlətinin "burnu ovulmalı"dır ki, belə maksimal iddialarından geri çəkilsin. Belə olduğu təqdirdə müharibəni dayandırmaq və dolayısı ilə "sülh"ü təmin etmək ABŞ rəhbərliyi üçün daha rahat olar. Əslində, əsas məqsəd heç də Ukrayna-Rusiya müharibəsini dayandırmaq və Ukraynadakı itkiləri azaltmaq xarakteri daşımır. Ukrayna Trampın vecinə də deyil. Burada əsas məsələ Rusiyadır.  Tramp Rusiyanı gücləndirmək və sonra da Çinin üzərinə salmaq istəyir. Eyni zamanda Çindən asılı olmamasına çalışır. Çünki hədəf gələcək perspektiv üçün məhz Çinin zəiflədilməsidir. Bu minvalla da Rusiya Çindən uzaqlaşaraq, ABŞ-ın tərəfində duracaq."
Politloq qeyd edir ki, silahlar satılmasa, Ukrayna Rusiyaya qarşı dirəniş göstərə bilməyəcək.
"Hər halda Avropa Birliyi bu yardımı davam etməkdə israrlıdır. Çünki məsələyə Ukrayna-Rusiya müharibəsi kontekstində baxılmır. Onlar buna NATO və Avropa Birliyinin təhlükəsizlik məsələsi kimi nəzər yetirirlər. Düşünürlər ki, Putin Ukraynanı tamamilə məhv edərsə, iştahı daha da qabaracaq və Avropaya hücum edəcək. Bunu real hesab edirlər. Bu səbəbdən də Ukraynaya yardımı davam etdirəcəklər. Hazırda cəbhədə olan texnika və raket sistemlərinə baxanda Rusiyanın çox ciddi çatışmazlıqları, axsaqlıqları hiss olunur. Canlı qüvvəsi də yetərincə yoxdur. Bunun nəticəsidir ki, Şimali Koreya kimi dövlətlərə möhtac olub. Onlardan rəsmi şəkildə əsgərlər cəlb edib. Ukrayna dirənməyə davam edəcək. Çünki bu müharibə onlar üçün milli məsələyə çevrilib."
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 18 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou cəbhədən son xeber cəbhədən görüntüleri hava