ABŞ-ın Gürcüstan ssenarisi Ermənistanda təkrarlanır: Rusiya dünyaya MESAJ VERDİ
Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın separatçı regionları olan Abxaziya və Cənubi Osetiyada yaşayan şəxslərə Rusiya pasportlarının verilməsi ilə bağlı fərman imzalayıb. Maraqlıdır, Rusiya bu addımı ilə nəyi hədəfləyir? Bu, faktiki ilhaqın davamı kimi dəyərləndirilə bilərmi?
KONKRET.az xəbər verir ki, mövzuya münasibət bildirən politoloq Azad Məsiyev bu addımı Moskvanın faktiki ilhaq siyasətinin davamı kimi qiymətləndirib. Onun sözlərinə görə, bu prosesin kökləri 2008-ci ildə Gürcüstanda baş verən hadisələrə gedib çıxır:
Azad Məsiyev
"2008-ci ildə Gürcüstanın o vaxtkı Prezidenti Mixail Saakaşvilinin avantürist siyasəti nəticəsində ölkə Abxaziya və Cənubi Osetiyanı itirdi. Saakaşvilini ABŞ Gürcüstanda hakimiyyətə gətirmişdi. Məqsəd Rusiyanın ətrafında qaynar nöqtələr yaratmaq idi. ABŞ və NATO bloku Rusiya ətrafındakı dövlətlərdə çevriliş edərək bu ölkələri Kremlə qarşı istifadə etməyə çalışırdı. Gürcüstan bu proqramın bir hissəsi idi. Saakaşvili siyasəti ilə Gürcüstanı ABŞ maraqlarının alətinə çevirdi və nəticədə Rusiya fürsətdən yararlanaraq Abxaziya və Osetiyanı ələ keçirdi".
Politoloq qeyd edib ki, bu ssenari daha sonra Ukraynada, hətta Belarusiyada təkrarlanmağa başladı:
"2014-cü ildə Ukraynada da eyni plan həyata keçirildi. ABŞ, demokratik ideya adı altında Ukraynaya müdaxilə etdi və bu ölkəni də Rusiyaya qarşı qoydu. Belarusiyada da hakimiyyət dəyişikliyi planlaşdırılırdı, lakin alınmadı. İndi isə eyni ssenari Ermənistan üzərində sınaqdan keçirilir. Nikol Paşinyan ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirildi ki, Rusiyanın Ermənistandakı nüfuzu zəifləsin".
Azad Məsiyev hesab edir ki, Abxaziya və Cənubi Osetiyada yaşayanlara Rusiya pasportlarının verilməsi Gürcüstana və beynəlxalq aləmə bir mesajdır:
"Bu, o deməkdir ki, həmin ərazilərin Gürcüstana geri qaytarılması real deyil. Ümumiyyətlə, Rusiya Ukraynada nəzarət etdiyi ərazilərdə də referendum keçirib və hüquqi don geyindirməklə özünküləşdirib. Dünya siyasətində hüquq yox, güc qanunu işləyir və bu baxımdan Rusiyanın belə addımları təsadüfi deyil".
Politoloq əlavə edib ki, nə Gürcüstanın, nə də Ukraynanın gücü Rusiya ilə düşmənçilik etməyə yetərlidir və Saakaşvilinin siyasəti nəticəsində Gürcüstan ərazilərinin bir hissəsini itirib. Rusiya isə indi bu bölgələri vətəndaşlıq siyasəti ilə tam olaraq öz nəzarətinə keçirir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı