ABŞ kəşfiyyatından iddia: Bu ölkə işğal olunacaq
Avstraliya Yayım Korporasiyası (ABC) ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) Pentaqon üçün hazırladığı məxfi hesabatı əldə edib.
KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, sənəddə Çinin ticarət bərə donanmasını genişləndirdiyi və bu prosesin Tayvana mümkün hərbi müdaxilə hazırlığı kimi qiymətləndirildiyi kimi qeyd olunub.
Hesabatda bildirilir ki, Çin gəmilərini tank daşımaq və amfibiya əməliyyatlarına uyğunlaşdırır. ABŞ isə mümkün münaqişə zamanı bu bərələri hərbi hədəf kimi nəzərdən keçirə bilər.
Məlumata görə, "Beş Göz" kəşfiyyat ittifaqı (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya) Çinin təlimlərində təxminən 30 ticarət gəmisini izləyib. Peyk şəkilləri isə Pekinin üç yeni sinif eniş gəmisi hazırladığını ortaya qoyur.
Ekspertlərin fikrincə, Çinin Ro-Ro tipli bərələri xüsusi dizayn dəyişiklikləri ilə desant gəmilərinə uyğunlaşdırılır. Bu bərələr yüzlərlə sərnişin və hərbi texnikanı daşıya bilir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) isə Çinin 2026-cı ilə qədər 76 iri bərə inşa etməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, Çin ilk dəfə 2019-cu ildə "Bang Chui Dao" adlı 15 min tonluq bərəni amfibiya enişində hərbi məqsədlə istifadə edib. ABŞ analitikləri bunun Pekinin Tayvana mümkün əməliyyata hazırlığının bir hissəsi ola biləcəyini bildirirlər.
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib